Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nəcməddin Sadıqov generalı söydü


“Nəcməddin Sadıqov faciə yaşanan hərbi hissənin komandiri Nizam Osmanova çoxsaylı hərbçi ölümü ilə əlaqədar davamlı zənglər edir və vəziyyətin nəzarətdə saxlanılmasını əmr edir”

 
PİA.AZ xəbər verir ki, bu açıqlama ilə hərbi ekspert Üzeyir Cəfərov öz Feysbuk səhifəsində çıxış edib.
 
O, nazirliyin mətbuat xidmətinin cəmiyyətə vaxtında məlumat ötürməməsinin acınacaqlı vəziyyətin yaranmasına gətirib çıxardığını bildirib:
 
“Dünən yaşananları öz kanallarım vasitəsiylə araşdırmağa başladım. Çünki Müdafiə Nazirliyinin Mətbuat Xidməti, o cümlədən rəsmi dövlət və hökumət strukturları son dərəcə susqun bir vəziyyətdə idilər. Səbəbi isə çox sadə imiş. Yaranmış gərgin vəziyyəti cəmiyyətə doğru və düzgün çatdırmaq məsuliyyətini heç kim üzərinə götürməyə risk eləmirmiş. Ölkənin Müdafiə naziri rəsmi icazə ilə bahalı kurortların birində öz yaxın çevrəsi ilə qısamüddətli məzuniyyətdə dincəlir. Ordunun idarə edilməsi Baş Qərargah rəisi (BQR) cənab Nəcməddin Sadıqova tapşırılır. O isə yaranmış gərgin situasiya ilə əlaqədar son dərəcə əsəbi şəkildə, ağzında ağır ifadələr, söyüşlər Bərdə korpusunun komandiri, iyunun 26-da general-leytenant rütbəsini almış Nizam Osmanova, faciə yaşanan hərbi hissənin komandirinə çoxsaylı hərbçi ölümü ilə əlaqədar davamlı zənglər edir və vəziyyətin nəzarətdə saxlanılmasını əmr edir. Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi və köməkçiləri də əsəbi vəziyyətdə olan BQR-dən mətbuat cameəsinə və cəmiyyətə hansı şəkildə məlumatın verilməsini soruşmağa qorxması, çəkinməsi belə acınacaqlı vəziyyətin yaranmasına gətirib çıxartdı. Bu sadəcə çoxsaylı hərbi qulluqçumuzun həlak olması və yaralanması ilə bağlı olan vəziyyət idi”.
 
Hərbi ekspert yalnız Qənirə Paşayevanın müraciətindən televiziyaların qış yuxusundan oyandığını deyib:
 
“Bəs, sabah bütün cəbhə boyu intensiv aktiv döyüş əməliyyatları başlayarsa, vəziyyət necə olacaq? Bizim başbilənlər burada fikirləşənədək, qərar qəbul edənədək, erməni rəsmi və qeyri-rəsmi mənbəələri bütün dünyaya istədikləri dezinformasiyaları, bizi ittiham edən "əşyayi-dəlillərlə" dolu informasiyanı yaymağa nail olurlar. Elə dünən şəhidlərlə bağlı xəbər məlum olandan sonra səhər saatlarında bir çox rəsmi və özəl televiziya kanallarında olan biabırçılıq və özbaşınalıq əndazəyə sığmadı. Tanınmış millət vəkili Qənirə Paşayevanın israrlı müraciətindən sonra televiziyanın yay yuxusuna getmiş rəhbərləri nəhayət ki, cəbhə bölgəsində yaşanmış ağır faciənin miqyasını anlamağa başladılar. Məgər bunun üçün də kimlərdənsə icazə alınmalı idi?”
 
Üzeyir Cəfərov bundan sonrada Azərbaycanı ağır sınaqların gözlədiyini söyləyib:
 
“Bir sözlə, Qarabağı düşmən tapdağından azad etmək istəyən dövlət və xalq bu şəkildə müharibəyə hazır olmamalı idi. Ən azından belə boşluq və az qala başıpozuqluq qəti şəkildə yolverilməzdir. Bu illər ərzində yetərincə yaşananlardan nəticə çıxarılmalı idi. 2008-ci ilin bu günləri Gürcüstan-Rusiya münaqişəsindən, İraq, Əfqanıstan, Suriya, həmçinin hazırda davam edən faktiki Rusiya-Ukrayna silahlı toqquşması təcrübələri bizə çox şey öyrətməli idi. Çox təəssüflər olsun ki, biz belə ekstremal hallarda baş verənlərdə özümüzün necə zəif hazır olmağımıza bir daha əmin olduq. Çox ciddi nəticələr çıxarılmalıdır. İstər hərbi sahədə, istərsə də digər önəmli strukturların fəaliyyətinin müharibə şəraitinin tələblərinə uyğun olması ilə bağlı. Ola bilsin ki, qeyd etdiklərim, kimlərəsə adi, bir əhəmiyyətsiz hal kimi görünsün. Amma bir qədər ətraflı düşünəndə, bizim dünənki gün hansı xoşagəlməz, əsəbi və hamını vahiməyə salan bir halı yaşadığımızı çoxları hiss etdi. Bizi qarşıda çox ağır sınaqlar gözləyir. Bu çətin vəziyyətlərdən layiqincə çıxmaq üçün biz bir xalq olaraq bir hədəfə vurmalıyıq. Biz erməni kimi qaniçən, şərəfsiz və insanlıq hissindən uzaq olan hansı məkrli düşmənlə üz-üzə qaldığımızı, onu idarə edən iri güclərlə baş-başa gəldiyimizi də unutmamalıyıq. Allah cəmi Şəhidlərimizə rəhmət eləsin. Bizim dünən də, bu gün də, sabah da Şəhidlərimiz olacaq!”


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar