Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nədir axı içimdəki burulğan?!


Qaranlıq otaqda gözlərim zillənib tavana...


Yatmağa çalışıram amma olmur. Yazı yazmaq istəyirəm, kompyüter yenə işləmir. Kağız parçası və qələmi alıram əlimə.  Yazmağa çalışıram amma otaq lampası heç cürə işiqlanmır. Hövsələdən çıxır əsəbləşirəm… Yenə dilimdə şeytan və namaz məsəli. Axı məndə nə vaxtdır məqalə yazmırdım. Çoxdandır ürəyimdə düyünlənən sözləri qələmə almaqda israrlıyam. Lampanın zəif işığı qaranlıq otağa qərq ola-ola mən yazıma başlamaq istəyirəm. Hardan başlayım, necə başlayım bilmirəm. Bu sözlərin olmamağından deyil, əslində ürəyimdə düyünlənən sözlərin çözülməz düyünlər düzməsindəndir. Göz yaşlarına boğularaq yazmağa başlayıram. Gah ağlayır, gah məni ağladan içimdəki duyğular nifrət duyğularına çevrilib göz yaşlarımı qurudur. Ax bu kəlimələr...

Kəlimələri həfifə almayın. Hələ tam yazmamışam artıq məqaləyə çevrilib.  Nədir axı içimdəki burulğan?! Niyə belə olmuşam?! Off hərdən o qədər pessimistləşirəm ki, özüm-özümdən bezirəm.  Məni narahat edən bir çox durum var. Dünyanı ağzına alan bəlalar, xəstəliklər, savaşlar...

 Xəstəlik? O hardan ağlıma gəldi? Hə, hər zaman gülərüz gördüyüm dostumun son gödüyüm üzgün siması yadımdan heç çıxmır. Axı necə unudum onun anası üçün nələr çəkdiyini, nələr yaşadığını? Məğər asandı? Onun üçün daha çətindir. Həyatımızın ən dəyərli varlıqları valideynlərdən söhbət gedirsə, bu problemlərin ən çətinidir.  Hər gecə kim bilir onunla bərabər neçə nəfər ağladı, neçə nəfər valideyn sınağının acılarını yaşadı. Fərqi yoxdu bu hansısa xəstəlikdən dolayıdır yoxsa hər hansı ədalətsiz savaşın nəticəsi. ..Zamanla çoxlarında nifrət yaratdı bu hadisələr həyata qarşı. Yaşamağa belə nifrət etdik amma dözdük ,yaşamağa davam etdik. Deyəsən yaşamaq eşqi ədalət eşqindən yüksəkdir içimizdə.  Kimisi daha zəif düşdü ağladı, dağıtdı hətta ölməyə belə cəhd etdi amma olmadı. Bu ya həyatın ədalətsizliyi ilə barışıq idi yada içimizdəki ümid qığılcımı…

Ümid? Həqiqətən ən sonda ölən ümidlərdir? Yoxsa biz çoxdandır ölmüş ümidlərə öz nəfəsimizdən kəsib süni nəfəs veririk? Eh bilmirəm, yenə fikirlər dolaşdı beynimdə. 

Bəzən həyat  insanlara haqq qazanmadığı halda ən gözəl köşəni verir. Bəzən ən layiq olan vaxtsız tərk edir həyatı.  Allah sevdiklərini hər cür sınağa çəkə bilər deyirlər. Sınaq? Bəs sınaq nədir? Biz bu sınaqlara hazırıqmı?  Bilmirəm hər halda hazır olsaq indi bu məqalə yaranmazdı. Ümumiyyətlə beynimdə dolaşıq fikirlər olmazdı. 

Keçmək istərdim digər mövzuya - dünyanın digər bəlası münaqişələr. Nədir axı çəkdiklərimiz?  Nədir körpələrin vəziyyəti? Bütün ədalətsizlərin ən böyük zərbəsini  həmişəki kimi övladlar görür. Kimisi valideyn acısıyla, kimisi öz həyatını faciəli şəkildə itirməklə. Nəyin nəticəsidir bunlar? Niyə Allah bunlara şərait yaradır? Yox, Allah zatən bizə doğru yolu göstərib. Bu gün nələr yaşayırıqsa, öz ağlımızın ucbatından yaşayırıq. Hər vasitəylə həyatımızı, havamızı, yeməyimizi, ruhumuzu zəhərləyirik.  Digər bəla aclıq… Bəs aclıq nədir?  Onuda özümüz etdik?  Bəli, Allah bizə yaxşılığı paylaşmağı buyurarkən biz paylaşmamaq üçün əlimizdən gələni əsirgəmədik. Məkanı paylaşa bilmədik, sevgini öldürüb nifrətdən hasarlar hördük. 

Yeməyimizi paylaşmadıq, göyərmiş çörəkləri zibilliyə atmağa əlimiz olsa da ac qalan körpələrlə paylaşmağa ürəyimiz olmadı.  Hər gün minlərlə körpənin ölümünə biganə qaldıq. Biz nəyi paylaşdıq bəs? Biz nifrəti paylaşdıq, biz içimizdəki şeytanı paylaşdıq. Biz körpələrin beynini ayaqlar altına tökən mərmiləri paylaşdıq. Harda nə pislik varsa biz onu paylaşdıq. Pisliklərə bacardığımızdan da çox yaxınlaşdıq amma bir şeyi unutduq, bizə ən yaxın olduğu halda  biz Allahdan çox uzaqlaşdıq...

Cəmilə KƏRİM


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar