Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Neft bazarındakı xaosu aradan qaldırmaq mümkün olacaqmı...


Ekspert neftin qiymət məsələsinin ABŞ-dan asılı olduğunu deyir; sabitlik təşəbbüsünün uğurla nəticələnəcəyi inandırıcı deyil...


Neftlə bağlı bütün dünyada vəziyyət gərginləşməkdədir. Neft hasilatının artırılmamasının vəziyyəti bir normallaşdıracağı ehtimal edilsə də, bu barədə razılığa gəlinməsi çətindir. Son olaraq Azərbaycan prezidenti İlham Əliyev bu məsələyə diqqət çəkib. 

Dövlət başçısı oktyabrın 22-də Venesuelanın prezidenti Nikolas Maduro ilə görüşündən sonra mətbuat konfransında bildirib ki, bu gün balans pozulub və neftlə zəngin ölkələr böyük əziyyət çəkirlər: “Bu, ədalətsizlikdir və bu balans bərpa edilməlidir”. Onun sözlərinə görə, artıq 2 ilə yaxındır ki, dünya bazarlarına neft ixrac edən ölkələr böyük itkilərlə üzləşiblər: “O ölkələrin, o cümlədən, Azərbaycanın gəlirləri azalır və bu, ədalətli deyil. Bu ədalət bərpa edilməlidir”.

İlham Əliyev deyib ki, venesuelalı həmkarı neft hasil edən bir neçə ölkəyə səfər edəcək: “Azərbaycan öz neft hasilatını və ixracını artırmayacağını birtərəfli qaydada bəyan edir. Bu, çox məsuliyyətli bir mövqedir. Bir daha demək istəyirəm ki, biz bunu birtərəfli qaydada elan edirik. Hesab edirik ki, digər neft ölkələri bu yanaşmaya dəstək verəcəklər və onlar da öz növbəsində oxşar addımlar atacaqlar. Biz neft bazarını ancaq bu halda sabitləşdirə bilərik. Neftlə zəngin ölkələr artıq öz təbii resurslarına görə ədalətli qiyməti də alacaqlar”. 

Onun sözlərinə görə, OPEC-ə üzv olmayan ölkələr burada çox səmimi, açıq əməkdaşlıq etməlidirlər: “Birgə düzgün qərarlar qəbul olunmalıdır və qərarların icrası ilə bağlı çox güclü nəzarət mexanizmi işlənməlidir. Əgər bu olarsa, əminəm ki, yaxın gələcəkdə neftin qiyməti lazımi səviyyəyə qalxmalıdır. O səviyyəyə ki, həm hasilatçı ölkələri, neft kompaniyalarını, eyni zamanda, istehlakçı ölkələri də qane etsin. Yəni burada balans olmalıdır”. 

İ.Əliyev hesab edir ki, balans pozulub və neftlə zəngin ölkələr böyük əziyyət çəkirlər: “Bu, ədalətsizlikdir və bu balans bərpa edilməlidir. Əminəm ki, belə olarsa, hər kəs ancaq mənfəət götürə və burada maraqlar balansı da təmin edilə bilər. Çünki artıq 2 ilə yaxındır ki, dünya bazarlarına neft ixrac edən ölkələr böyük itkilərlə üzləşiblər. O ölkələrin, o cümlədən, Azərbaycanın gəlirləri azalır və bu, ədalətli deyil. Bu ədalət bərpa edilməlidir”. İlham Əliyev vurğulayıb ki, Nikolas Maduronun OPEC üzvü olan və olmayan ölkələri neftin qiymətinin qalxması istiqamətində xüsusi missiyası var: “Mən bu missiyaya uğurlar arzulayıram”.

Ekspert Fikrət Yusifov musavat.com-a bildirib ki, neftin qiymətləri ilə bağlı suallar iqtisadiyyatı neftlə bağlı olan və olmayan ölkələrin hər biri üçün aktualdır: “Qiymətlərin kəskin şəkildə aşağı düşdüyü son iki ildə bununla bağlı çoxlu fikirlər səsləndirilir. Kimlərsə hələ keçən ilin sonlarında bu qiymətlərin sabitləşəcəyini gözləyirdi. Lakin əsil reallıq bundan ibarətdir ki, bu gün neftin qiymətləri təkcə iqtisadi amillərə bağlı deyil, ortada kifayət qədər ciddi siyasi amillər mövcuddur. Belə olan təqdirdə, qiymətlərlə bağlı hər hansı bir dürüst proqnoz vermək kifayət qədər çətin olur”. 

Ekspertin sözlərinə görə, OPEK-in son iki ildə bu sahədəki fəaliyyəti acizlikdir: “Neftin qiymətinə dair durumu hər yerə və hamıya əli çatan ABŞ çox düşünülmüş şəkildə idarə edir. Hələ ki, onun qarşısına çıxa biləcək bir güc və ya birləşmiş güclər yoxdur. Hasilat getdikcə azalacaq, bu, təbidir. Çünki artıq çoxdandır ki, neft sənayesinə investisiyalar qoyulmur”. 

İqtisadçı Natiq Cəfərli isə azadliq.org-a bildirib ki, Nikolas Maduronun neftin dünya bazarında qiymətinin qaldırılması üçün göstərdiyi təşəbbüsün uğurla nəticələnəcəyi inandırıcı deyil: “Çünki bu dəqiqə OPEC-in özündə ziddiyyətli fikirlər var, bəzi ölkələr neft hasilatını artırmaq istəyirlər. Amma Azərbaycan artıq istəsə də, hasilatı artıra bilməz, əksinə, hasilatda təbii olaraq, azalma gedir”.

N.Cəfərli xatırladır ki, bir il öncə neftin qiyməti düşəndən sonra İlham Əliyev çıxışlarının birində “nefti unutmağı” tövsiyə etmişdi. Ekspert deyir ki, o vaxt dövlət başçısı yeni iqtisadi modelə keçiriləcəyini bildirmişdi: “Ancaq görünən odur ki, Azərbaycan yenə də ümidini neftin qiymətinə bağlayıb və gündən-günə dərinləşən iqtisadi problemləri onun vasitəsilə həll etmək istəyir”. 

İki ilə yaxındır ki, Azərbaycan neftinin dünya bazarında kəskin ucuzlaşmasından sonra iqtisadi problemlərlə üz-üzə qalıb. İlk təsir manatın dollara nisbətdə məzənnəsinin 100 faizdən çox ucuzlaşmasında özünü göstərdi. Bundan sonra ölkənin maliyyə sektorunda problemlər üzə çıxdı, onlarla bank bağlandı və hələ də bank sektorunda vəziyyət düzəlmir. Durğunluq özünü digər iqtisadi sahələrdə də göstərməyə başlayıb: onlarla xarici şirkət ölkəni tərk edib, iqtisadi inkişaf zəifləyib. Hökumət vəziyyətdən çıxış yolu kimi kənd təsərrüfatı sektorunu inkişaf etdirməyə çalışır və bütün diqqətini hazırda bu sahəyə yönəldib.

Qeyd edək ki, bir müddət əvvəl Səudiyyə Ərəbistanının energetika və sənaye naziri Xalid Al-Falih bir çox ölkənin neft qiymətlərindəki yaxşılaşmanın davamını təminat almaq üçün hasilatı azaltmaq məsələsində OPEC-in təşəbbüsünə qatılmağa maraqlı olduğunu bildirib. Al-Falih ölkə adı bildirməyərək, danışıqların OPEC-in noyabrın 30-də Vyanada keçirəcəyi toplantıya qədər davam edəcəyini ifadə edib. OPEC-ə daxil olmayan ölkələrdən hələ ki, yalnız Rusiya, neft hasilatında gediləcək bir azaltmanı nəzərdən keçirəcəyini açıqlayıb. Meksika və Norveç kimi ölkələr, bu dəfə təşəbbüsə qatılmayacaqlarını bəyan edib. Neft bazarına dair nikbin olan Al-Falih, aralarında Exxon Mobil Corp, Chevron Corp. və Total SA-nın CEO-larının da olduğu dinləyicilərə bazarın “dəqiq bir şəkildə yenidən balanslaşdırıldığını” ifadə edib. Nazir ABŞ-da xam neft ehtiyatlarının azaldığını, təklif və tələbin yenidən tarazlaşmaqda olduğunu bildirib.

Beynəlxalq Valyuta Fondunun (İMF) Yaxın Şərq və Orta Asiya regionu iqtisadiyyatı ilə bağlı dərc edilən son hesabatında isə bildirilir ki, dünya bazarında neftin qiyməti 2021-ci ilə qədər 60 dollar/barel səviyyəsini keçməyəcək. Xatırladaq ki, İMF-in bundan əvvəlki hesabatında neftin 1 barelinin qiymətinin 2021-ci ilə qədər 50 dollar səviyyəsini keçməyəcəyi ehtimal edilib. Yeni hesabatda həmçinin bildirilib ki, neftin orta qiyməti 2016-cı ildə 43 dollar/barel səviyyəsindən 2017-ci ildə 51 dollar/barelə yüksələcək. Fondun ekspertləri hesab edirlər ki, neftin qiyməti üzrə proqnozların dünya iqtisadiyyatındakı qeyri-müəyyənliklər səbəbindən azaldılıb-artırılması mümkündür.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Prezident İlham Əliyev Putinlə təkbətək görüşüb - Yenilənib

Ən çox oxunanalar