Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Neft hasilatının dondurulması mümkün olacaqmı?


Ekspertlər OPEC toplantısında qərarın qəbul olunacağını gözləmirlər...


Dünya bazarında neftin qiymət oynamaları davam edir. Son iki gün ərzində neft əvvəlcə bahalaşıb, sonra isə ucuzlaşıb. Əvvəlcə neftin bahalaşmasına ABŞ-da xam neft ehtiyatlarının azalması ilə bağlı xəbərlər səbəb olub. Belə ki, ABŞ-ın Energetika Nazirliyinin açıqladığı statistikaya əsasən, 6,2 milyon barel azalaraq 504,6 milyon barelə düşüb. Bu, fevralın 12-dən bəri ən aşağı göstəricidir. Bununla yanaşı, neft ehtiyatlarının həcmi ötən ilin eyni dövründəkindən 11 faiz yüksəkdir.   

Ertəsi gün isə Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,50 dollar azalaraq 45,82 dollar təşkil edib. ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,41 dollar azalaraq 47,24 dollar olub. Neftin ikigünlük bahalaşmasından sonra ucuzlaşmasına OPEC-in Əlcəzairdə keçiriləcək görüşü ərəfəsində Səudiyyə Ərəbistanı ilə İran arasında neft hasilatının müəyyən səviyyədə dondurulması ilə bağlı razılığın əldə olunmaması və danışıqların hələ də davam etməsi səbəb olub.

Qeyd edək ki, gələn həftə Əlcəzairdə Beynəlxalq Energetika Forumu çərçivəsində OPEC-in qeyri-rəsmi görüşünün keçirilməsi planlaşdırılır. Görüşdə OPEC ölkələri və neft hasilatı ilə məşğul olan digər dövlətlər arasında hasilatın dondurulma səviyyəsi barədə danışıqların bərpa olunacağı gözlənilir.

Neftin qiymətinin aşağı düşməsi ilə sıxıntılı günlər keçirən Körfəz ərəb ölkələri rekord miqdarda istiqraz buraxılışı ilə xarici investorlardan borc götürməyə çalışırlar. Bölgədə həm dövlət istiqrazı, həm də özəl sektor istiqraz satışının bu il 70 milyard dollara çatacağı qeyd edilir. Halbuki regionda ixrac edilən istiqrazların məbləği son on ildə orta hesabla 25 milyard dollar olub. Abu Dabi-də yerləşən investisiya təşkilatı “Waha Capital”ın kapital bazarları üzrə direktoru Məhəmməd əl Camal, istiqrazların qiymətinin yerli və ya regional alıcılar tərəfindən deyil, beynəlxalq investorlar tərəfindən müəyyən olunacağını bildirib. Neft qiymətlərinin yüksək və likvidliyin də bol olduğu zamanlarda, normalda bölgədəki istiqrazların alıcıları altı ölkədən ibarət Körfəz Əməkdaşlıq Şurasının üzvləri olardı. Ancaq neft qiymətlərindəki azalma regiondakı maliyyə sənayesinin əlindəki nağd pul miqdarını azaldıb. Küveytdən Qətərə, ölkələr düşən neft və qaz qiymətlərini kompensasiya etmək üçün istiqraz ixrac buraxırlar, “Emaar Properties” və “DP World” kimi şirkətlər bu il investisiya üçün lazım olan sərmayə əldə etməyə nail oldular. Səudiyyə Ərəbistanı da oktyabrda ilk beynəlxalq istiqraz buraxılışında ən azı 10 milyard dollarlıq gəlir təmin etməyi gözləyir.

Azərbaycan isə bildirib ki, 27-28 sentyabrda Əlcəzairdə neft hasil edən ölkələrin qeyri-formal görüşündə müvafiq qərar qəbul ediləcəyi təqdirdə neft çıxarılmasını müəyyən səviyyədə dondurmağa razıdır. “İnterfaks”ın xəbərinə görə, bunu SOCAR prezidenti Rovnaq Abdullayev deyib. 

“Neft çıxarılmasının müəyyən səviyyədə dondurulması barədə öz mövqeyimizi biz hələ OPEC ölkələrinin və kartelə daxil olmayan ölkələrin aprel iclasına qədər ifadə etmiş və buna razı olduğumuzu bildirmişdik. OPEC ölkələrinin Əlcəzairdə keçiriləcək qeyri-formal görüşündə Azərbaycanı energetika naziri Natiq Əliyev təmsil edəcək”,- deyə R.Abdullayev bildirib. Bununla birlikdə o qeyd edib ki, dünya bazarında neftin qiymətini OPEC-dən daha çox şist nefti ilə məşğul olan Amerika neft şirkətləri və Amerika bankları müəyyən edir.

Xatırladaq ki, OPEC-in və Rusiya da daxil olmaqla, neft çıxaran digər ölkələrin hasilatın məhdudlaşdırılması ilə bağlı əvvəlki cəhdləri uğursuz olub. Aprel ayında keçirilən Doha danışıqlarının gedişatında Səudiyyə Ərəbistanı təkid edirdi ki, OPEC-in qalan üzvləri ilə yanaşı İran da hasilatı dondursun, ancaq Tehran bundan imtina etdi, çünki beynəlxalq sanksiyaların ləğvindən sonra neft ixracının həcmlərini təzəcə bərpa etməyə başlamışdı.
Ekspert Natiq Cəfərli məsələ ilə bağlı musavat.com-a açıqlamasında qeyd edib ki, Əlcəzairdə keçiriləcək neft toplantısında hasilatın dondurulması ilə bağlı razılığın əldə olunacağı dəqiq deyil: “OPEC-ə üzv dövlətlər bu ilin yanvar ayının 12-nə olan hasilat səviyyəsini dondurmaq, bundan daha artıq istehsal etməməklə bağlı danışıqlar aparırlar. Ancaq qərarın qəbul ediləcəyini ehtimal etmirəm. Yanvarın 12-də Səudiyyənin və digər OPEC ölkələrinin ən pik neft hasil etdiyi gündür. Yəni hasilatla bağlı ən pik nöqtə o səviyyədir. Rusiyada da OPEC-ə daxil olmasa da, həmin gün hasilat yüksək olub. Söhbət ondan gedir ki, hasilatı pik səviyyədə saxlayaraq daha da artıq neft hasil etməmək barədə razılaşma əslində formal bir situasiyadır. Çünki yanvarın 12-də OPEC-ə daxil olan ölkələrdə hasilat indikindən çox olub. Hasilatı dondurmaq qərarı verilsə belə, hasilatı artıraraq o səviyyəyə çatdırmaq lazım olacaq. Azərbaycan istəsə belə, yanvardakı hasilat həcmini saxlaya bilməz. Yanvar ayındakı hasilat səviyyəsini saxlamaq üçün artırmaq lazım olacaq. Amma Azərbaycanda elə bir proses gedir ki, aybaay hasilat aşağı düşür.

Azərbaycan istəsə belə, hasilatı yanvar ayındakı səviyyəyə çatdıra bilməz. Ona görə də Rövnəq Abdullayevin bəyanatı sadəcə dəstək bəyanatı idi. Reallıqda isə Azərbaycanın həmin səviyyələrdə qalması, hasilatın o səviyyədə dondurulması mümkün deyil. Əksinə proses gedir. Hasilat getdikcə azalır. SOCAR-ın özünün rəsmi məlumatı var ki, hasilat ilin əvvəlindən indiyədək doqquz faiz azalıb. Hasilatın azaldılması barədə qərar qəbul olunacaqsa, Azərbaycan ona qoşulsa belə, yanvar ayındakı həcmindən faktiki az istehsal edə biləcək. Reallıq ondan ibarətdir, hazırda Azərbaycan həmin səviyyədən 9 faiz daha az neft istehsal edir. Deməli, dondurulma bəyanatı Azərbaycana aid deyil. Bu, sadəcə, siyasi bəyanatdır və altında heç bir iqtisadi məsələ və yaxud reallıq dayanmır”.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Bu klinikalar sertifikasiyadan keçməyən həkimlərlə işləyir? - Siyahı

“Dar gün üçün” ağ, yoxsa sarı qızıl? - Mütəxəssisdən aldandığımız məsələlər barədə açıqlama

Ən çox oxunanalar