Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Neftçala təbii fəlakət zonasına çevrilib


Rayonda bir həftəyə yaxındır ki, elektrik enerjisi yoxdur


Bir neçə gün bundan əvvəl Neftçalaya yağan qar rayonu təbii fəlakət zonasına çevirib.

«Neftçala rayonu sözün həqiqi mənasında təbii fəlakət zonasına çevrilib. Fevralın 20-dən başlayaraq rayon ərazisinə yağan qar ciddi dağıntılara yol açıb və 1000-ə yaxın tikiliyə ziyan dəyib». 

Bu sözləri PİA.AZ-a Neftçala şəhər bələdiyyəsinin sədri Aydın Aslanov bildirib. Qeyd edək ki, bir neçə gün əvvəl rayona yağan qar nəticəsində rayonun infrastrukturu iflic vəziyətinə düşüb və hazırda rayonun demək olar ki, bütün kəndləri işıqsız qalıb. 

Neftçala şəhər bələdiyyəsinin sədri Aydın Aslanov əməkdaşımıza bildirib ki, hal-hazırda qar yerdə qalmaqdladır və rayona yağan qar 32 sm-dən artıq olub:

«Bundan başqa qar çovğunu rayonun demək olar ki, bütün elektrik xəttlərini qırıb. Hazırda ancaq Neftçala şəhərinin mərkəzinə işıq verilir. Rayonun bütün qəsəbə və kəndləri isə işıqsızdır. Bu da istər əhalinin, istərsə də, təbii fəlakəti ortadan qaldırmaq üçün durmadan çalışan dövlət qurumlarının vəziyyətini xeyli çətinləşdirir. Hazırda demək olar ki, 6 gündür ki, Neftçala rayonu işıqsız qalıb».

Aydın Aslanov əməkdaşımıza bildirib ki, rayon üzrə 812 talvar qarın ağırlığına davam gətirməyərək çöküb. Bunların 237-i təkcə Neftçala şəhirndədir. Talvarların altında 28 maşın qalaraq əzilib və o maşınlar istifadəyə yararsızdır. Rayon Mərkəzində 131 evin damı çöküb və o, evlərdə yaşamaq mümükün deyil. 17 mağazanın, 8 məktəb binasının, 3 inzibati binanın, 7 çox mərtəbəli yayşayış binasının, 207 tövlənin dam örtüyü çöküb, dağılıb. 3 şadlıq evi və 4 ferma təsərrüfatı isə tamamilə sıradan çıxıb. Rayonda əhaliyə dəyən ziyan isə 10 milyon manatdan çoxdur.

Bələdiyyə sədri bildirib ki, hazırda dövlət qurumları Fövqəladə Hallar Nazirliyi dəyən ziyanları hesablamaqdadır:

«Hazırda istər icra hakimiyyətinin işçiləri, isər bələdiyyə üzvləri FHN-nin əməkdaşları ilə birlikdə ev-ev gəzərək əhaliyə dəymiş ziyanı qeydiyyata alır. Bundan başqa təbii fəlakətin nəticələrini ortadan qaldırmaq üçün gecə-gündüz çalışmalar aparılır. Əsas çətinliymiz isə elektrik enerjisi ilə bağlıdır. Elektrik xəttlərinin bərpa olunması ilə bağlı bütün yerli resurslar səfərbər edilib. Lakin bu yetərli deyil. Ona görə də «Azərişıq» ASC bizə təcili köməklik göstərməli və rayonda elektrik enerjesini bərpa etmək üçün öz resurlarını rayona yönləndirməlidir. Biz ASC rəhbərliyindən bunu xahiş edirik. Artıq bir həftəyə yaxındır ki, bütün rayon ərazisi qaranlıq içindədir». 

Aydın Aslanov onu da qeyd edib ki, eyni zamanda rayon rəhbərliyi və rayon ictimaiyyəti bu gün Xocalı soyqırımını yüksək səviyyədə qeyd edib:

«Dünən axşam saatlarına qədər rayon rəhbərliyi və şəhər əhalisi əl-ələ verərək «Xocalı» Abidəsi Kompleksinin ətrafını qardan təmizləyib. Bu gün isə rayon rəhbərliynin və rayon ictimaiyyətinin iştirakı ilə soyqırım qurbanları yad edilib. Şəhidlərimizin ruhuna dualar oxunub».

Tural
pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar