Hadisə Kür çayının Neftçala rayonu Kürqaraqaşlı kəndinin ərazisindən keçən hissəsində baş verib
ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə Kür çayının Neftçala rayonu Kürqaraqaşlı kəndinin ərazisindən keçən hissəsində baş verib.
Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb edilib. Araşdırmalar zamanı meyidin kimliyi məlum olub. Məlum olub ki, meyit Salyan rayon sakini Elmin Axundova məxsusdur. Onun üzərində zorakılıq əlamətləri olmayıb.
Faktla bağlı araşdırma aparılır.