Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Neftçalada yaşayış evi yandı


Neftçala rayonunda fərdi yaşayış evində yanğın hadisəsi baş verib


Apa-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, yanğın hadisəsi bu gün səhər saatlarında Neftçala rayonunun Qaralı kəndidə qeydə alınıb.  Həmin kəndin sakini, 33 yaşlı Aydın Arif oğlu Əliyevə məxsus 2 mərtəbəli fərdi yaşayış evi qəflətən alovlanıb. Yanğın baş verən zaman ev sahibləri evdə   olmayıb. Evin alovlandığını görən qonşular dərhal Fövqəladə Hallar Nazirliyinin Neftçala Yanğından Mühafizə Hissəsinə məlumat veriblər.

Hadisə yerinə 2 yanğınsöndürən maşın cəlb edilib. Yanğı söndürənlərin səyi nəticəsində yanğını söndürmək mümkün olub və alovun digər tikililərə keçməsinin qarşısı alınıb. Yanğının söndürülməsinə baxmayaraq, 2 mərtəbədən ibarət 4 otaqlı fərdi yaşayış evi içindəki əşyalarla birlikdə yanıb.

Yanğının elektrik naqillərindəki qısaqapanmadan baş verdiyi ehtimal olunur.

Faktla bağlı aidiyyatı  qurumlar tərəfindən araşdırmalar aparılır.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar