Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Neftçilər Xəstəxanasında özbaşınalıq


Respublikanın ən tanınmış tibb ocaqlarından biri olan Neftçilər Xəstaxanasından narazılıq artır


PİA.AZ bildirir ki, İrevan-press.com-a müraciət edən şikayətçilər bildirirlər ki, Leyla Seyidbəylinin baş həkim olduğu bu xəstəxanada qapıdan içəri daxil olan kimi xəstələrə lakonik şəkildə bildirilir ki,əgər neftçi ailəsi deyilsə bütün müayinələr və müalicə pullu olacaq. 

Bu xəstəxanada, demək olar ki, hər bir xidmət təmənnalı şəkildə həyata keçirilir. Konkret qiymətləri isə dövlətin tarif şürası deyil, baş həkim Leyla xanımın özü müəyyənləşdirir və təbii ki, yığılan pullar rəsmi sənədlərdə qeyd olunmur. Mənbənin bildirdiyinə görə, xəstəxənanın qeydiyyat şöbəsində əyləşən görəvlilər xəstələri konkret həkimlərə yönəldirlər və bu makler fəaliyyəti üçün həkimlər onlara pul verirlər. Verilən məlumatlarda o da göstərilir ki, Neftçilər Xəstəxanasında təkcə qeydiyyat şöbəsinin işçiləri deyil bütün texniki tibbi personal müştəri yığmaqla məşğuldur. 

Məlumata görə, bu tibb ocağında əməlli-başlı bazar açılıb və yığılan pulların əksəriyyəti bir başa baş həkimin cibinə axır. Xəstəxananın həyətində maşınları park etmək üçün yer də ayrılıb ki, bura da xüsusi nəzarətçi qoyulub. Mənbənin bildirdiyinə görə, həmin nəzarətçi sürücülərdən maşın park etmək üçün yığdığı pulları hər axsam bir başa Leyla xanımın masasının üzərinə qoyur. Səhiyyə nazirinin fərmanına əsasən əhaliyə pulsuz verilməli olan dərman preparatları və tibbi ləvazimatlar da bu xəstəxanada gizlədilərək, pulla verilir və Seyidbəyliyə yaxın olan apteklərə satılır. Mənbənin bildirdiyinə görə, sözü gedən xəstəxanada pul qoparılması mümkün olmayan şəxslərin isə qəsdən başlarına cürbəcür oyunlar gətirilir. Məsələn zədə almış vətəndaşlar barəsində heç bir müayinə aparılmadan saxta diaqnozlar qoyulur və polis bölmələrinə göndərilir. Bunu etməmişdən əvvəl həkim məsələnin yayılmaması üçün xəstədən pul tələb edir. İmtina edildikdə, xəstəyə heç bir müayinə aparılmadan kəllə-beyin travması diaqnozu qoyulur. Sonradan zavallı xəstəni polis bölməsində çəkçevirə salırlar. 

Onu da qeyd edək ki, Neftçilər Xəstəxanası barəsində daha ilginc məlumatlar daxil olub. Lakin həmin məlumatlar tam araşdırılmadığından, onları hələlik təqdim etmirik. Əməkdaşlarımız qarşı tərəfin münasibətini öyrənmək üçün hörmətli Leyla Seyidbəyli ilə telefon əlaqəsi saxlasalar da, təəssüflər olsun ki, onun münasibətini öyrənə bilməyiblər. Baş həkim məşğul olduğunu və bir qədər sonra əlaqə saxlayacağını bildirib və hələ də sözünün üstündə durmayıb. Ümidvarıq ki, növbəti yazımızda Leyla xanımın da münasibətinə yer ayıra biləcəyik.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar