Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Neftdən asılı tənbəlliyin sonu


Azərbaycanda yeni bir dönəm - qeyri-neft dönəmi başlayıb


Dünya bazarında neftin qiymətinin aşağı düşməsi səbəbindən əsas neft ixracatçısı olan ölkələr çətin bir durumla üzləşiblər. Dövlətlərinin əsas gəlirləri yalnız neft üzərində qurulan, hətta içməli suyu belə pula xarici ölkələrdən idxal edən ölkələr üçün sözün həqiqi mənasında çətin bir durum yaranıb. Eyni zamanda siyasi durum, həmçinin də kriminal hakimiyyətlər, neft ixracatçısı olan ölkələrin daxilində yaranmış xaotik siyasi idarəetmə sistemləri onların bu vəziyyətdən çıxmasını kifayət qədər çətinləşdirib. Yaxın Şərq ölkələrində neft ixracataçısı olan dövlətlərin siyasi asılılıq göstəriciləri, onların siyasi iradə nümayiş etdirə bilməmələri səbəbindən dövlətlərin vətəndaşları çətin duruma düşüblər. 

O, cümlədən Liviya, Suruya, İraq, Tunis və dahi bir neçə əsas neft ixracatçısı olan dövlətlərin adlarını çəkmək olar ki, bu ölkələrin xarici siyasətlərindəki yüksək qüsurlar, demək olar ki, həmin ölkələrin vətəndaşlarının həyat səviyyəsinin gündən-günə aşağı düşməsinə səbəb olur. Suriya, İraq, Liviya və Tunisdə demək olar ki, dövlət bütün sosial proqramlarının icrasını təxirə salıb. Bu ölkələrdə vətəndaşlar ümumiyyətlə pensiya və müavinətlər almırlar. Bu ölkələrdəki xaotik siyasi vəziyyət o həddə çatıb ki, hətta Suriyaİraqda Ümumi Daxili Məhsulun həcmini müəyyən etmək mümkün deyil. Liviya və Tunisdə isə əhalinin illik gəlirləri müqayisəli xronoloji ardıcıllıqla 2010-cu ilin səviyyəsindən 4 dəfə aşağı düşüb. Səudiyyə Ərəbistanında neftin dünya bazarında ucuzlaşması səbəbindən əhalinin gəlirlərində kəskin azalma müşahidə edilir - illik 80 faizə qədər. 

Misirdə isə 2016-cı ilin ilk yarısına olan məlumatlara əsasən qeyri-neft sektorundan əldə edilən gəlirlər 2011-ci ilin eyni dövrü ilə müqayisədə 1.7 dəfə aşağı düşüb. Əhalinin alıcılıq qabiliyyətində kəskin azalma müşahidə edilməkdədir. Büdcə təşkilatlarında çalışan vətəndaşların aylıq ödənişləri üzrə iyul ayının ödənişləri belə yubadılır. Dövlət büdcəsindəki kəsrlər 70 faizə bərabərdir. Liviya, Tunis, Misir, Suriya, İraq kimi «ərəb baharı»nın qurbanı olan dövlətlərin xarici borclarının həcmi əhalinin illik gəlirlərinin 4.5 dəfə üstündə müqayisə edilir. Dünyanın əsas neft ixracatçısı olan bu ölkələrdə 2005-ci ildən bəri heç bir geoloji-kəşfiyyat qazma işləri üçün dünyüanın tanınmış investorları tərəfindən heç bir təşəbbüs belə göstərilmir. 
Nəticə etibarilə də Avropanın və ABŞ-ın əsas neft strategiyasında bir sıra dəyişikliklər baş verir. 

Bununla belə geosiyasi dəyişikliklərin baş verməsi səbəbindən zəif duruma düşməkdə olan ölkələrin fonunda Azərbaycanda yeni bir dönəm baş verməkdədir. Azərbaycanda dövlət başçısının qeyd etdiyi kimi əsas ən qısa zamanda gəlirlərin əldə edilməsi deyil, əsas hədəflərin doğru seçilməsi məqsəd olaraq götürülür. Həm iqlim və coğrafi yerləşmə mövqeyi baxımından, həm də aqrar sektorun potensialı baxımından Azərbaycanda qeyri-neft sek torunun inkişafı ilə bağlı olaraq mühim imkanlar vardır. Bu baxımdan da ölkədə pambıqçılığın, baramaçılığın, tütünçülüyün, çayçılığın və ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafı ilə bağlı olaraq mühim imkanlar var. Dövlət başçısı, cənab İlham Əliyev bu günlərdə mediyaya verdiyi açıqlamasında da bildirib ki, əsas hədəflərin doğru müəyyən edilməsidir. 

Bu baxımdan da son zamanlar istər gömrük sistemində idxal ediləcək və birbaşa aqrar sektorda hasilata təsir edəcək qərarların və məhdudlaşdırmaların qoyulması, həmçinin də yeril icra strukturları ilə fərdi təmasları da göstərdi ki, sözün bütün mənalarında Azərbaycanda yeni bir dönəm başlayır. Bəlkə də ilkin mərhələlərdə əhali bu dəyişiklikləri kompleks şəkildə deyil, qrup halında həyatında hiss etdi. Bəlkə də dövlətin bu sahəyə ayırdığı investitsiyalar yaxın bir neçə ildə büdcəmiz üçün gəlir gətirmədi. Lakin konkret olaraq dövlət hədəflərinə doğru bu sahədə irəlilədikcə ölkəmizdə müsbət bir tendensiyanın - neftdən asılı tənbəlliyin sonu çatacaq. Bəlkəsiz - ortada İRADƏ VAR! 

Tanıdığım 5 ailə var - ailələrin üzvləıri də kifayət qədərdir. Sabirabadda yaşayırlar. Tam səmimi deyirəm - adamlar son 20 gündə ortalama hər (ailə üçün) gün ərzində 40-50 manat pul qazanıblar. Pambıq yığmaqdan. Deyirlər ki, pambıq yığmaq üçün nəqliyyat var, isti çay var, toplayıb gətirəndə də qapanın başında çəki təyin edilən kimi pulumuzu alırıq... Hər kəs məmnun ... 

Bakıda daxmada kirayə qalıb beton qarışdırıb pulunu alıb-almayacağını bilməyən vətəndaş da məmnun... 

İqtisadçı ekspert Razi Abasbəyli 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Ən çox oxunanalar