Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Neftin qiyməti ilə bağlı yeni xəbərlər


Neft qiymətləri rəsmi neftbaza məlumatları öncəsi yüksəlib


PİA.AZ "Marja"ya istinadən xəbər verir ki, Nyu-Yorkda neft qiymətləri əvvəlki altı seansda 7.4% düşdükdən sonra 0.7 faizə qədər yüksəlib. 

Enerji İnformasiya İdarəsinin çərşənbə günü açıqlayacağı neft ehtiyatları göstəricisinin və Bloomberg-in sorğusuna qatılan analitiklərin proqnozlarına görə ötən həftə neftin 1.95 milyon barrel azalması gözlənilir. 
 
Üstəlik Rusiyanın energetika naziri Aleksandr Novak bu həftə OPEC ilə hasilatın azaldılması müqaviləsinin iyun ayından sonraya uzadılması məsələsini müzakirə etməmişdən əvvəl ölkədəki neft şirkətlərinin rəhbərləri ilə görüşəcəyini bildirib. OPEC üzvləri iyun ayında sona çatacaq hasilatın azaldılması müqaviləsinin ilin ikinci yarısına uzadılmasını qiymətləndirərkən, Amerikalı istehsalçılar neft quyularının sayını artırmaqda davam edirlər.

Bir sıra analitiklər bildirirlər ki, əgər OPEC müqaviləni ilin ikinci yarısına uzadarsa və ABŞ-da neft hasilatı azalmağa başlasa, bazarın bu il yenidən tarazlıq tapması mümkündür.

Bakı vaxtı ilə saat 08:00-a olan məlumata görə, Qərbi Texas nefti  (WTI) Nymex birjasında 32 sent və ya təxminən 0,7% bahalaşaraq bareli 49.55 dollara, Brent nefti Londonda ICE Futures Europe birjasında 31 sent və ya 0.6 faiz bahalaşaraq bareli 51.91 dollara qədər çıxıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Güləş üzrə U-17 Azərbaycan çempionatına start verilib

Ən çox oxunanalar