Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nehrəmli qohumunun ölümündən danışdı


“Məzahir Cəfərov xəstəliyə düçar olduğu üçün çox sarsılmışdı”


“Məzahir Cəfərov baş verənlərlə bağlı çox fikir edirdi. Həssas insan idi və bu səbəbdən baş verənləri ürəyinə salırdı. Buna görə də, sağalmaz xəstəliyə tutulmuşdu”. 

Bu sözləri məşhur iş adamı Hacı İbrahim Nehrəmli yaxın qohumunun intihar etməsinə münasibət bildirərkən ans press-ə deyib. Biznesmenin sözlərinə görə, qohumu xəstəliyə düçar olduğu üçün çox sarsılmışdı.

“Beynində pis xassəli şiş vardı. Bilirdi ki, xəstəiyi müalicəsizdir. Öləcəyini bilidi və ona görə də, tez bir zamanda problemlərini həll etmişdi. Onun şərikilə tikdirdiyi binalardakı mənzilləri bir neçə nəfərə satmışdılar. Artıq onlar problemi həll etmişdilər. Onun borcu yox idi”, - deyə Hacı İbrahim Nehrəmli bildirib.

Onun sözlərinə görə, Məzahir Cəfərov beyin xərçəngi olduğunu biləndən sonra çox sarsılıb. Özünə gələ bilmirmiş.

“Məzahir Cəfərov evli idi. 2 qızı yetim qaldı”, - deyə Hacı İbrahim Nehrəmli saxlanılıb.

Qeyd edək ki, Məzahir Cəfərovun adı bir müddət əvvəl mətbuatda hallanmışdı. Bildirilirdi ki, tikinti dələduzluğuna, bir mənzilin bir neçə nəfərə satılmasına görə, Məzahir Cəfərov həbs edilib, Sahib İbrahimov isə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Bu hadisə İbrahimovun şəriki İlham Qasımovla apardığı məhkəmə prosesində uduzmasından sonra baş vermişdi. Ali Məhkəmənin qərarına əsasən, İbrahimovun Rövşən Əliyev küçəsində tikdiyi 24 mərtəbəli 4 bina İlham Qasımova verilmişdi.

Məlumat üçün bildirək ki, bu binaları “Galaxy Palace” şirkəti tikirdi. İstintaq zamanı 8 milyon yeyintinin olduğu aşkarlanmışdı.

Özünü asan Məzahir Cəfərov Diasporla İş Üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun qaynı, Hacı İbrahim Nehrəmlinin yaxın qohumudur.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar