Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nelson Mandelanın seçilmiş sitatları


Cənubi Afrika Respublikasının ilk qaradərili prezidenti və Nobel Sülh Mükafatı laureatı Nelson Mandela 1918-ci il iyulun 18-də anadan olub


PİA.AZ  buro247.az-a istinadən onun ən yaxşı sitatlarını təqdim edir.

1. Mənim ölkəmdə adamı birinci həbsxanaya göndərirlər, sonra prezident seçirlər.

2. Əmin oldum ki, cəsarət qorxunun olmamağı deyil, ona qalib gəlməkdir. İgid insan - qorxu hissi olmayan yox, onunla mübarizə aparandır.

3. Hər birimiz özümüzə sual verməliyik: stabil dünya, ölkəm və şəhərimdə firavanlıq uğrunda məndən asılı olan hər şeyi etmişəmmi?

4. Cəmiyyəti dəyişmək elə də çətin deyil. Çətini özünü dəyişməkdir.

5. Dünyanı dəyişdirmək üçün istifadə edə biləcəyiniz ən güclü silah təhsildir.
 
6. Həbsxanada keçirdiyim 27 ilə minnətdaram, çünki mənə fikrimi cəmləməyə imkan yaratdı. Azadlığa çıxandan mən bu imkanı itirmişəm.

7. Bir çox işlər yalnız görülənə qədər mümkünsüz görünür.

8. Çətinliklər və səfalət bəzilərini məhv etsə də, başqalarını yaradır.

9. Dərk etmişəm ki, cəsurluq - qorxunun olmaması deyil, ona qalib gəlməkdir. Cəsur insan qorxusuz deyil, qorxuyla mübarizə aparandır.

10. Biz vaxtdan ağılla istifadə etməliyik və bilməliyik ki, doğru bildiyimiz işə istənilən vaxt başlamaq olar, heç nə üçün gec deyil.

11. Heç vaxt yıxılmamaq - həyatındakı ən böyük uğur deyil. Əsas olan hər dəfə yıxılanda qalxmaqdır.

12. Heç kim doğulanda başqasına dərisinin rənginə, irqinə və ya dininə görə nifrət hissi ilə doğulmur. İnsanlar nifrət etməyi sonra öyrənirlər.  Onlara sevməyi öyrətmək lazımdır, çünki bu hiss insanın ürəyinə daha yaxındır.

13. Ən diqqətsiz insana belə məlumdur ki, ABŞ dünya üçün təhlükədir.

14. Unuda bilmərəm, amma bağışlaya bilərəm.
 
15. Övladlarımıza və istənilən cəmiyyətin ən zəif vətəndaşlarına yeganə borcumuz onlara zorakılıq və qorxudan azad gələcək bəxş etməkdir.
Mandela 2013-cü il dekabrın 5-də 95 yaşında Yohannesburq şəhərində vəfat edib. O, uzun illər ağciyər infeksiyası xəstəliyindən əziyyət çəkib.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar