Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nemtsovun qətlinin sifarişçisi Putin deyil, amma...



Keçmiş əməliyyatçı qətlin motivi və əsas şübhəliləri qeyd edir; Arzu Nağıyev: “İstintaq Komitəsinin hadisə yerindən açıqlamasında görünür ki, qətl yeri məhz arxa plan kimi Kreml olan sahə götürülüb; bu,Anna Politkovskayanın qətlində də belə idi”


Boris Nemtsovun qətlə yetirilməsi Rusiyada siyasi qətllər mövzusunu yenidən gündəmə gətirib. Martın 3-də dəfn olunan Rusiyanın məşhur siyasi xadimi, liberal, Putin hakimiyyətinin sərt tənqidçisi B.Nemtsovun ölümü ilə bağlı fərqli iddialar ortaya çıxıb. Qərb mediası qətlin hakimiyyətlə əlaqəsi olduğunu iddia edir, bunun siyasi sifariş olduğunu qeyd edirlər. Eyni zamanda Rusiya rəsmi dairələri, iqtidar mediası hadisənin hakimiyyətə qarşı təxribat olması versiyasının üzərində dayanır və dolayısı ilə hazırda Rusiya ilə qarşıdurma səviyyəsində olan Qərbi ittiham edirlər.

Eyni zamanda bundan əvvəl öldürülən Rusiya hakimiyyətinin müxalifləri xatırlanıb. İki il əvvəl martın 23-də 67 yaşlı Boris Berezovski London yaxınlığındakı evində ölü tapılmışdı. Berezovski Rusiyada qiyabi məhkum edilmiş, Moskva onun ekstradisiyasını tələb etsə də, buna nail ola bilməmişdi. Putin hakimiyyətinin daha bir sərt tənqidçisi, keçmiş kəşfiyyatçı Aleksandr Litvinenko 2006-cı ilin payızında Londonda ÿpolonium-210 radioaktiv izotopla zəhərlənmişdi.

“Hər şey zamana və <a href=havadarlara bağlıdır...”">

İndi isə keçmiş qrossmeyster, hazırda ABŞ-da yaşayan Harri Kasparov Nemtsovun qətlinə görə hakimiyyəti ittiham edib və özünə qarşı da təhlükə olduğunu iddia edib. Nemtsovun qətli ilə siyasi qətllər mövzusu yenidən aktuallaşsa da, qətlin motivi və hazırda Rusiya siyasi hakimiyyətinə qarşı ittihamlar olsa da, ümumiyyətlə, qətllə bağlı versiyalar müxtəlifdir.

Mövzunu şərh edən keçmiş əməliyyatçı, ölkənin tanınmış siyasi şərhçisi Arzu Nağıyev Nemtsovun qətli ilə bağlı versiyalar haqda danışarkən ilk növbədə Nemtsovun əlaqələri və siyasi “çəksinə” diqqət çəkir: “Nemtsov “çəkili” müxalifətçilərdən idi. Ona görə ki, o, Rusiyanın yanacaq–enrgetika, hərbi-sənaye komlekslərində iz qoymuş ,onların idarəçiliyində birbaşa iştirak etmiş və bu sahədə xəbədərdar olan şəxs idi. Bu komplekslərin adını şəkməkdə əsas məqsədim məhz bu gün Rusiyanın idarə edilməsində müstəsna rola malik qruplara birbaşa aidiyyatları olmalarıdır.  

Nemtsovın siyasi və dövlət idarəçiliyi sahəsində karyerası kifayət qədər zəngindir. Nijni Novqorod vilayətinin qubernatoru, Rusiyanın yanacaq və energetika naziri, hökumət sədrinin birinci müavini, Rusiya Federasiyasının Təhlükəsizlik Şurasının üzvü, Yaroslavlın deputatı, fizika-riyaziyyat elmləri namizədi olub. Yəni bunu sadalamaqda məqsədim onun dövlət idarəçiliyini, strukturu və ümumiyyətlə bu “mətbəx”i yaxından bilən bir şəxs olduğunu çatdırmaqdır”. 

Qətlin törədilməsi üsulu haqda danışan keçmiş əməliyyatçı bir neçə xüsusi məqama diqqət çəkir: “Nemtsovun qətli ilə bağlı RF İstintaq komitəsi bir neçə versiya üzərində işləyir. Qətlin səbəblərini araşdırmadan öncə İstintaq Komitəsinin hadisə yerindən açıqlamasında görünür ki, qətl yeri məhz arxa plan kimi Kreml olan sahə götürülüb, bu, Anna Politkovskayanın qətlində də belə idi. Digər tərəfdən, Nemtsova altı güllə atılıb, onun dördü dəyib. Maraqlısı odur ki, gilizlərin hamısı bir-birindən fərglənir, yəni buraxılış illəri və zavodları müxtəlifdir, bunlar 9 mm-lik Makarov tapançasının güllələridir və killer qətldən sonra silahı atmayıb, yəni bu məqamlara görə ,qətlin peşəkar və ya xüsusi xidmət orqanları tərəfindən törədildiyi versiyası istisna edilə bilər. Belə hallarda heç killer bilmir ki, onun “müştərisi” kimdir. Yəni bütün bunlara baxmayaraq birmənalı olaraq qətl sifarişlidir”.

A.Nağıyev qətllə bağlı hazırda səsləndirilən versiyaları qeyd etməklə yanaşı, daha çox ehtimal olunan məqamın üzərində dayanır: “Nemtsovun qətlində “Ukrayna” versiyası var, yəni qətlin Kiyevin sifarişi ilə törədilməsi. Nemtsov son zamanlar öz çıxışlarında Donbasda gedən müharibədə birbaşa Rusiyanın hərbi qüvvələrinin iştirakını açıqlayacağı və bunu sübuta yetirəcəyi haqda materiallarının olduğunu bildirirdi. Bunun qarşısının alınması üçün elə Donbasın özündə fəaliyyət göstərən qüvvələrin də qətl törədə biləcəyi  istisna edilmir.
Versiyalardan biri kimi Nemtsovun Parisdə “Charlie Hebdo” hadisəsinə görə öz antiislam mövqeyinin olması da göstərilir, ancaq bu versiya inandırıcı görünmür. Çünki Nemtsovdan başqa, o zaman çoxları bu mövqedən çıxış edirdi və bilindiyi kimi, heç birinə qarşı qətl hadisəsi tətbiq edilmədi.

Başqa bir versiya kimi Qərbin Rusiyada onsuz da gərgin olan siyasi durumudaha da çətinləşdirmək məqsədilə bu addımı atması irəli sürülür. Lakin bu qətl Qərbin dəst-xəttinə bənzəmir və bu versiya da inandırıcı deyil. 

Qətlin Kremlin sifarişi ilə  törədilməsi versiyasına gələndə, belə bir vəziyyətdə onsuz da Nemtsovun kim tərəfindən qətlə yetirilməsindən asılı olmayaraq, hamının bu işdə onları günahlandıracağıistisna edilmədiyi üçün tezliklə bu qətli açmalıdırlar. Yəni indiki situasiyada Putinin bu qətli sifariş verməsi real deyil.

Nemtsovun öz şəxsi düşmənləri tərəfindən qətlə yetirilməsinə gəldikdə isə,  bu da bir az inandırıcı görünmür ; çünki istənilən halda,  bu ranqda siyasətçinin öldürülməsi hakimiyyət üçün böyük məsuliyyət yaradır və nəyin bahasına olursa-olsun,işi açmaq məcburiyyətini ortaya qoyur.Ona görə də bu addım “şəxsi düşmənlər”i üçün çox riskli, qorxuludur. Bu səbəbdən də bu versiya üzərində də çox dayanmaq düzgün olmazdı. Hətta Nemtsovu Rusiyadakı millətçilər qətlə yetirsələr belə, onlar bunu özbaşına edə bilməzdilər”.

A.Nağıyev deyir ki, daha çox real görünən versiya Rusiyahakimiyyəti daxilindəki güclü qruplara bağlıdır; hansı ki, hazırda Putinin iqtidarına potensial iddiaçılarhesab olunurlar: “Düşünürəm ki, real versiya bir-biri ilə siyasi mübarizə aparan, istər yanacaq–enrgetika, istərsə də hərbi-sənaye komlekslərində olan qüvvələrin qarşıdurmasıistiqamətinə bağlıdır. Bunların ayrı-ayrılıqda əlbəttə ki, öz maraqları var. Bir hissəsi “müharibə partiyası” kimi fəaliyyət göstərməklə hakimiyyəti əllərində saxlamağa, digərləri isə Rusiyanın təbii sərvətlərini satmaq, bununla da öz biznes fəaliyyətlərini genişləndirməklə hakimiyyətdə qalmağa çalışırlar. Məhz bunlar tərəfindən belə hay-küylü qətl hadisələrinin həyata keçirilməsi istisna deyil. Əlbəttə ki, bu hadisə bir neçə həftə və ya ay hay- küylü və sensasiyalı, bir saylı xəbər olaraq qalacaqdır. Bundan bir sıra qüvvələr öz siyasi məqsədləri üçün istifadə edəcək və sonda sakitləşəcəklər. Lakin nə qədər ki, hakimiyyətdə baş-başa gələn qüvvələr mövcuddur bu qətl sonuncu olmaya da bilər”.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar