Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nemtsovun sevgilisini şəxsi mənzildə gizlədirlər


Ukraynanın Moskvadakı konsulu Gennadi Breskalenko Boris Nemtsovun qətl işi üzrə əsas şahid, mərhum siyasətçinin Ukrayna vətəndaşı olan sevgilisi Anna Duritskaya ilə görüşməyə nail olub


Bunu Rusiyanın “Dojd” telekanalına açıqlamasında Ukraynanın Rusiyadakı səfirliyinə yaxın diplomatik mənbə bildirib.

Bundan əvvəl Ukrayna Ali Radasının deputatı Ostap Semerak A.Duritskayaya ukraynalı diplomatlarla görüş imkanı yaradılmadığını, bununla da onun hüquqlarının pozulduğunu bəyan etmişdi.

O.Semerak bildirmişdi ki, Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları A.Duritskayanı polisdə ifadə verəndən sonra zorla şəxsi və gizli bir mənzilə apararaq orada saxlayırlar: “Duritskaya hazırda polis bölməsində deyil. Onu gizli bir mənzilə aparıblar, mühafizə altında saxlayır və binadan çıxmasına imkan vermirlər. Annaya Kiyevə - öz evinə getməyə imkan vermirlər. Halbuki o, sadəcə şahiddir”.

24 yaşlı ukraynalı fotomodel A.Duritskaya sui-qəsd zamanı B.Nemtsovun yanında olub. Onlar restoranda şam edəndən sonra saat 23:00 radələrində küçədə piyada gəzməyə çıxıblar. B.Nemtsov bu zaman silahlı hücuma məruz qalıb. Ona 6 güllə atıblar. 4-ü siyasətçiyə dəyib və o, hadisə yerindəcə keçinib. A.Duritskaya isə heç bir xəsarət almayıb.(virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar