Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nepaldan çıxan Ukrayna təyyarəsi Bakıda


87 nəfəri evakuasiya edən təyyarənin Dehlidə təkəri zədələnib


Nepalda zəlzələdən əziyyət çəkən vətəndaşları gətirən Ukrayna Müdafiə Nazirliyinin "İl-76" təyyarəsi Dehlidən Bakıya uçacaq. Ans press-in məlumatına görə, bu barədə ölkənin XİN-i məlumat yayıb. 

"May ayının altısında Kiyev vaxtı ilə 06.35-də "İl-76" təyyarəsi Delidən Bakıya yola çıxıb. Evakuasiya edilənlərdən 76 nəfər Ukrayna, 11-i isə əcnəbi vətəndaşdır. Onların arasında Gürcüstan, Polşa, Rusiya və Fransa vətəndaşları var", deyə nazirliyin "Twitter" səhifəsində yazılıb. 

Qeyd edək ki, ötən gün yerli KİV Dehliyə eniş edən zaman təyyarənin təkərinin zədələndiyini yazmışdı. 

BBC-nin Ukrayna Müdafiə Nazirliyinin spikeri Viktoriya Kuşnirə istinadla verdiyi məlumata görə, təyyarənin saat 22:00-da Kiyevə çatması gözlənilir. O, artıq problemin aradan qaldırıldığını deyib. 

Nepalda dağıdıcı təsirə malik 7,8 ballıq zəlzələ aprelin 25-də baş verib. Nəticədə 7 mindən artıq insan ölüb, minlərlə insan yaralanıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar