Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nəqliyyat Nazirliyinin səlahiyyətləri məhdudlaşdırıldı

Sərnişin daşıma üzrə nəqliyyatın bölüşdürməsi səlahiyyəti Nəqliyat Nazirliyindən alınır


Ölkə ərazisində nəqliyyat şirkətlərinin sərnişin daşımalarına cəlb olunması qaydası dəyişib. 

Bundan sonra Bakı Sumqayıt və Gəncə şəhərlərində müsabiqənin təşkilatçısı qismində şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə müntəzəm sərnişin daşımalarının dövlət sifarişçisi Nəqliyyat Nazirliyi deyil, müafiq icra hakimiyyəti yanında avtomobil nəqliyatı ilə sərnişindaşıma idarəsi iştirak edəcək.

Daha dəqiq desək, sərnişin daşıma üzrə nəqliyyatın bölüşdürməsi səlahiyyəti Nəqliyat Nazirliyindən alınır. Mütəxəsislərin fikirincə, yeni qaydanın tədbiqinə keçilməmişdən qabaq bir sıra dəyişikliklərin edilməsi daha məqsədə uyğun olar.

Nəqliyyat üzrə mütəxəsis Ərşad Hüseynov məsələyə münasibət bildirərək söyləyib ki, əsas olan bütün istiqamətlərdə yol hərəkətinin təhlükəsizliyi, nəqliyyat parkının və sürcü kontingentinin yüksək səviyyədə təşkil edilməsidir.    

“Mərkəzləşdirilmiş tabeçilik yoxdur. Nazirlər Kabinetinin yanında nəqliyyat agentliyi təşkil edilib. Bakı şəhərinin inzibati ərazisində bütün rayonların - 12 rayonun hamsında marşurut xətləri, sxemləri daha sonra həmin marşurutların bölüşdürülməsi, onlara nəzarət və s hamsı agentlik tərəfindən həyata keçiriləcək”,- deyə mütəxəsis bildirib.

Bundan əvvəl sərnişin daşıma üzrə nəqliyyatın bölüşdürməsi Nəqliyyat Naziriliyinin öhdəliyində idi. Yeni qaydanın tədbiqindən sonra Nazirlik Bakı Sumqayt və Gəncə şəhəri istisna olmaqla digər regionlar üzrə nəqliyyatın bölüşdürməsinə nəzarət edəcək. 

Yeni qaydanın tədbiqində məqsəd isə avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımalarında əhalinin tələbatının ödənilməsi, sərnişinlərə keyfiyyətli xidmət göstərilməsinin təmin edilməsi, azad sahibkarlıq və sağlam rəqabət mühitinin formalaşdırılması, nəqliyyat xidmətləri bazarının inkişaf etdirilməsi və bu sahədə dövlət tənzimlənməsinin təkminləşdirilməsidir. 

pia.az



Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verilib

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

İllər sonra danışan qohumu Nəzakət Məmmədovanın və nəvəsinin ölüm səbəblərini açıqladı    

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ən çox oxunanalar