Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nərgiz Paşayeva Bakıda tarixi binaların sökülməsinə qarşı çıxdı


Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə keçmiş “Sovetski” küçəsində söküntüsünə başlanan Bakının tarixi binalarının müdafiəsi üçün imza toplama kampaniyası başlayıb


Xatırladaq ki, ötən həftə Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında" qərarında dəyişikliklər edilib. 

Həmin dəyişikliklərə görə, Bakının Yasamal rayonundakı bəzi yaşayış və qeyri-yaşayış obyektləri “Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələriniun siyahısı”ndan çıxarılıblar.

Beləliklə, XIX əsrin sonları – XX əsrin əvvəllərinə aid 30-a yaxın tarixi abidə sökülmək təhlükəsi qarşısında qalıb.

Azərbaycan ziyalıları, görkəmli şəxsiyyətlər, elm adamları petisiyanı imzalayaraq, Azərbaycan paytaxtının simasının dəyişdirilməsinə öz hiddətlərini bildiriblər. Ümumilikdə, ölkə rəhbərliyinə müraciəti 3 minə yaxın insan imzalayıb.

Virtualaz.org xəbər verir ki, petisiyanı imzalayanlar arasında Azərbaycanın birinci xanımının bacısı, Lomonosov adına MDU-nin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva da var.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar