Jurnalist, siyasi fəal Nərgiz Yaqublunun cənazəsi Rusiyadan Bakıya gətirilib
Musavat.com-un hava limanındakı reportyorları xəbər verirlər ki, cənazəni qarşılamağa Müsavat Partiyasının başqanı Arif Hacılı, partiya funksionerləri və fəalları, Yaqublu ailəsinin yaxınları, jurnalistlər gediblər.
Cənazə hava limanından Qaraçuxur məscidinə aparılıb.
***
Nərgiz Yaqublunun nəşi bu dəqiqələrdə Qaraçuxur məscidindədir. Daha sonra cənazə Nərgizin ata evinə aparılacaq.
Qeyd edək ki, Nərgiz Yaqublubu gün saat 13.00-da Qaraçuxur məzarlığında torpağa tapşırılacaq.
pia.az