Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nərimanovda Zərifə xanım Əliyevanın 92-ci ildönümü qeyd edilib - Fotolar


Nərimanov rayonunda görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci ildönümü qeyd edilib


Aprelin 24-də G.Şaroyev adına 35 saylı onbirillik uşaq musiqi məktəbində görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci ildönümü ilə əlaqədar rayon ərazisində keçirilən silsilə tədbirlər çərçivəsində anım tədbiri keçirilib.



Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səslənib.

Sonra Zərifə xanım Əliyevanın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.



Milli Məclisin deputatı Jalə Əliyeva, Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova, ziyalıların, rayon ictimaiyyətinin, fəal gənclərin qatıldığı tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyasının Nərimanov rayon Qadınlar Şurasının sədri Məhəbbət İbrahimova sədaqətli ömür-gün yoldaşı, mehriban və qayğıkeş ana olan, milli-mənəvi və yüksək əxlaqi dəyərləri varlığında təcəssüm etdirən görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın mənalı ömür yolundan danışmış, onun bütün türk dünyasında, müsəlman aləmində qadınlığa örnək bir insan olduğunu diqqətə çatdırıb. 



Natiq bildirib ki, Zərifə xanım Əliyeva müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin - Ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olmuşdur. Zərifə xanım Əliyeva Ümummilli lider Heydər Əliyevin fəaliyyəti boyunca qarşılaşdığı bütün çətinlikləri onunla paylaşırdı. 

Daha sonra çıxış edən Milli Məclisin deputatı Jalə Əliyeva vurğulayıb ki, tibbin mühüm sahəsi olan oftalmologiya elmi sahəsində uzun illər dəyərli tədqiqatlar aparan, intellektual səviyyəsi, özünəməxsus tədqiqatçılıq məharəti, qələminin qüdrəti ilə elmin ən uca mərtəbələrini fəth edən Zərifə Əliyeva görkəmli alim, müəllim, ictimai proseslərdə fəal Azərbaycan qadını kimi milli elm tarixinə möhürünü vurmuşdur.



Tədbirdə mənalı ömür yolu, peşə fəaliyyəti və elmi yaradıcılığı insanlıq üçün mənəviyyat, kamillik, müdriklik örnəyi olan, tanrının bəxş etdiyi ömür payını ləyaqətlə yaşayan, həyatının mənasını nəcib, xeyirxah əməllərdə taparaq bütövlükdə xalqının tərəqqisinə, maariflənməsinə əvəzsiz töhfələr vermiş zəngin mənəviyyat sahibi olan və gördükləri işlərlə təkcə yaxın çevrəsinin - dostlarının, yaxınlarının deyil, el-obasının sevimlisinə çevrilərək bütövlükdə cəmiyyətin tükənməz rəğbətini qazanmış Zərifə xanım Əliyevanın qədirbilən xalqımızın qəlbində əbədi yaşayacağı, daim dərin ehtiramla, rəğbətlə anılacağına əminlik ifadə olunub.



Tədbirin gedişatında görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın mənalı ömür yolu və elmi fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib. Həmçinin məktəbin şagirdlərinin ifasında klassik musiqi parçaları ifa olunmuş və Zərifə xanım Əliyevaya həsr olunmuş şeirlər söylənib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar