Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nəsib Məhəməliyevin vəzifəsini itirmək ehtimalı var


Nəsiminin icra başçısını «devirmək» üçün Əhəd Abıyevin bütün imkanlarını səfərbər etdiyi iddia olunur


Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev yaxın günlərdə vəzifəsini itirə bilər. Bunun üçün çoxlu səbələr var.

Bu barədə PİA.AZ-ı məlumatlandıran özəl mənbənin bildirdiyinə görə Nəsimi rayon İcra hakimiyyətinin başçısı Nəsib Məhəməliyevin yaxın aylarda vəzifəsi ilə vidalaşacağı ehtimalı var.  Artıq  9 ildir icra başçısı işləyən Nəsib Məhəməliyevin adı bir çox qalmaqallarda daima halalnır. Sonuncu qalmaqal isə bəzi yüksək hakimiyyət dairələrinin səbr kasasını doldurub.

Xatırladaq ki, Nəsimi rayonu, 20 Yanvar küçəsi, 22 nömrəli evin qarşısında 16 növdə nadir ağacların budama adı altında kəsilməsi barədə mətbuatda məlumat yayıldıqdan sonra, ölkəninin birinci xanımı, Heydər Əliyev adına Fondun prezidenti Mehriban Əliyeva bu xəbərə sərt reaksiya verərək Bakıda  ağacların kəsilməsini yolverilməz hal kimi dəyərləndirilmişdi. Bundan sonra ais ərazidə ağacların kəsilməsi dayandırılmış və Heydər Əliyev Fondunun əməkdaşları, dövlət qurumlarının nümayəndələri hadisə yerində olaraq araşdırma aparmışdı.

Qeyd edək ki, hadisədən bir qədər sonra Nəsimi rayon icra hakimiyyətindən PİA.AZ-a bildirmişdilər ki, ağacların kəsilməsini Bakı Yaşıllaşdırma İdarəsi həyata keçirib. Bundan sonra isə Ekologiya və Təbii Srvətlər Nazirliyi tərəfindən  Bakı Yaşıllaşdırma İdarəsi 40 min manat cərimələmişdi. Bu barədə PİA.AZ-a daxil olan əlavə məlumatda bildirilir ki, Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev bu qalmaqaldan öz yaxasını kənara çəkmək istəsə də, araşdırma zamanı məlum olub ki, icra başçısının ağacların budanma adı altında kəsilməsi haqqında əvvəlcədən məlumatı olub. Yəni ərazidə ağac kəsimi birbaşa icra başçısının «razılığı» ilə həyata keçirilib.

Məlumata əsasən bu üzdən də Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyevin vəzifədən alınması gündəmə gətirilib və hazırda bu məsələ müzakirə mövzusudur.

PİA.AZ-a daxil olan məlumatda bildirilir ki, Nəsib Məhəməliyevi əvəz etmək üçün Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı, keçmiş deputat Əhəd Abıyev hərəkətə keçib. Məlumata əsasən Əhəd Abıyev çoxdandır ki, Bakıya transfer olunmağa çalışır və onun seçim etdiyi Xətai və Nəsimi rayonlarıdır. Son qalmaqaldan sonra isə Əhəd Abıyev Nəsib Məhəməliyevi «devirmək» üçün bütün imkanlarını səfərbər edib.

Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq…

pia.az



Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar