Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nəsiman Yaqublu prezidentə müraciət edib


Tarixçi- alim Nəsiman Yaqublu prezident İlham Əliyevə müraciət edib


Lent.az-ın məlumatına görə, “Məhəmməd Əmin Rəsulzadə Mərkəzi”nin sədri bu il noyabrın 1-də keçiriləcək parlament seçkilərində 125 saylı Zəngilan-Qubadlı dairəsindən namizədliyini verib. Tarix elmlər doktoru N. Yaqublu namizədliyinin qeydə alınması üçün müvafiq sayda imzanın yığaraq dairəyə təqdim etdiyini bildirib. “Seçicilərdən imza aldıqdan sonra hər iki rayonun İcra Hakimiyyətinin  nümayəndələri mənə səs verən insanlara qarşı təzyiqlərə və hədə-qorxu kampaniyasına başladılar. Onlara təsir edib hətta imzalarından da imtina etdirdilər. Rayon icra strukturlarında və oraya yaxın orqanlarda çalışanları isə işdən qovmaqla hədələdilər. Oktyabrın ayının 6-da isə müxtəlif və əsassız bəhanələrlə   namizədliyimi qeydə almadılar.
 
Nəsiman Yaqublu qarşılaşdığı bu qanun pozuntusu ilə prezidentə müraciət ünvanlayıb:

“Cənab Prezident! Bu son iki ildə sizə ikinci müraciətimdir. Birinci müraciətimi M.Ə.Rəsulzadənin nəvəsinin müalicəsinə kömək göstərməyinizlə  bağlı etmişdim (Xalq Yazıçısı Elçinin vasitəsi ilə). Sağ olun ki, bu müraciətimə diqqətli oldunuz və onun Almaniyada müalicəsini təşkil etdiniz. Bu isə mənim bir ziyalı, bir alim, jurnalist və tədqiqatçı olaraq  sizə ikinci müraciətimdir. Xahiş edirəm ki, mənə dəstək olmuş insanların hüquqlarını qoruyasınız!”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar