Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nəsimi rayonunda övladlığa götürmədə nəzarət mexanizmi təlimi keçirilib


Mayın 25-də Nəsimi rayon İcra Hakimiyyətində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2016-cı ilin Tədbirlər Planı çərçivəsində Bakı şəhəri rayonlarının və Abşeron rayon İcra Hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının rəhbərlərinin iştirakı ilə “Övladlığa götürmədə nəzarət mexanizmi” mövzusunda təlim keçirilib


Tədbiri Nəsimi rayon İcra Hakimiyyəti Başçısının müavini, “Qəyyumluq və himayəçilik komissiyası”nın sədri Gülarə Verdiyeva açaraq təlim iştirakçılarını salamlamış və bildirmişdir ki, təlimin məqsədi yerli və ölkələrarası övladlığa götürmə mexanizmləri, bu sahədə qurumlararası əməkdaşlıq, valideyn himayəsindən məhrum olmuş uşaqların uçotunun aparılması ilə bağlı məsələlərin müzakirə olunmasıdır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Hüquq-təminat şöbəsinin müdir müavini Vəsilə Möhsümova bildirmişdilər ki, qanunvericilikdə övladlığa götürülən uşaqların həyatına nəzarət etmək funksiyası yerli övladlığa götürmə zamanı Qəyyumluq və himayəçilik komissiyalarına, ölkələrarası övladlığa götürmə zamanı Komitəyə həvalə edilmiş, bunu nəzərə alaraq tədbirdə övladlığa götürülən uşaqların həyatına nəzarət etmək mexanizmi ilə bağlı  təqdimat edilmişdir. Sonra mövzu ətrafında fikirlər səslənmişdir.

Qonaqlar Nəsimi rayonunda yerləşən 1saylı Körpələr Evində valideyn himayəsindən məhrum olmuş uşaqlar və onlara yaradılan şəraitlə yaxından tanış olmuşlar. 

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar