Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nəzakət Hacıyeva haqqında ilginc iddia...


İki nazirlə işləməyi bacaran eks müdirin fəaliyyət dairəsi olduqca geniş imiş...


Nəzakət Hacıyevanın Təhsil Nazirliyinin diplomların tanınması - nostrifikasiya sektorunun müdiri vəzifəsindən kənarlaşdırılmasından sonra Moderator.az saytına onunla bağlı ilginc məlumat daxil olub.

Adının çəkilməsini istəməyən mənbənin məlumatına görə Nəzakət Hacıyevanın çox "maraqlı və zəngin" bioqrafiyası olub və vaxtilə Bakı Dövlət Universitetin prorektoru və rektoru Misir Mərdanovun katibəsi olan bu xanım sonradan Misir Mərdanovun təhsil naziri təyinatından sonra nazirliyə transfer olunub. 

İddialara görə, nazirlikdə onun vəzifəsi o qədər də böyük olmasa və sadəcə aparatda mütəxəssis kimi işləməyinə baxmayaraq özünü nazir müavinləri statusunda aparıb və nazirlikdə onun üçün "qara dəftərxana" deyilən ikinci dəftərxana açılıb. Onun əsas fəaliyyət dairəsinə həm də fəaliyyətinə xitam verilmiş ali məktəblərdən tələbələrin digər ali məktəblərə köçürülməsi məsələsi də daxil idi. 

Misir Mərdanovun nazir postundan kənarlaşdırılmasından sonra da mövqelərini qoruyub saxlamağı bacaran xanım Hacıyevanın bu dəfə də əsas himayədarı rolunda nazirliyin keçmiş aparat rəhbəri, indi isə nazirin müşaviri olan İlham Pirməmmədov olub.

Mənbə bildirir ki, Nəzakət Hacıyeva fevralın 3 - də dünyasını dəyişmiş AMEA - nın vitse - prezidenti Akif Hacıyevin gəlinidir. Akif Hacıyev də tanınmış filoloq alim Cəfər Xəndanın oğlu olub. Akif Hacıyevin rəhmətə getməsindən sonra mövqeləri kifayət qədər zəifləyən Nəzakət Hacıyeva sonda öz işini itirməli olub. Mənbənin iddiasına görə Nəzakət Hacıyeva Misir Mərdanovdan sonrakı iki il ərzində də nazirlikdə necə deyərlər, öz işi ilə məşğul imiş və əvvəlki fəaliyyətini davam etdirirmiş. Maraqlıdır ki, nazir Mikayıl Cabbarov da iki il ərzində onun bu fəaliyyətinə göz yumub. 

Moderator.az mövzu ətrafında fikirlərini öyrənmək üçün tanınmış təhsil eksperti, fəlsəfə dokturu, Təhsil Nazirliyndə baş verən proseslərlə bağlı kifayət qədər məlumatlı olan Etibar Əliyevlə əlaqə saxlayıb. E. Əliyevin cavabı çox qısa olub:

"Bilirsiniz,  sadəcə onu deyə bilərəm ki, Nəzakət Hacıyeva işlədiyi dövrdə çox neqativ fəaliyyətlə məşğul olub. Ancaq qadın olduğu üçün bundan artıq heç nə demək istəmirəm".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Bu klinikalar sertifikasiyadan keçməyən həkimlərlə işləyir? - Siyahı

“Dar gün üçün” ağ, yoxsa sarı qızıl? - Mütəxəssisdən aldandığımız məsələlər barədə açıqlama

Ən çox oxunanalar