Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nigeriyanın Talibanı - dünyanın ən qəddar terror təşkilatı haqda nə bilirik?


“Boko Haram” terror təşkilatının adı Nigeriyada Hausa dilində “Qərb təhsili haramdır” mənası verir


Nigeriyanın “Boko Haram” radikal terrorçu qrup üzvləri qonşu Kameruna hücum edib. Yanvarın 18-də Kamerunun iki kəndinə soxulan terrorçular iki kəndə hücum edərək, 3 nəfəri öldürüb və əsasən qadın və uşaqlardan ibarət 80 nəfəri girov götürüb. Bununla da “Boko Haram” qruplaşması Nigeriya sərhədlərindən kənara çıxaraq artıq regional problemə çevrilib. Artıq Çad hakimiyyəti də bu qruplaşmaya qarşı hərbi qüvvə göndərməklə bağlı qərar qəbul edib.

Qeyd edək ki, “əl-Qaidə”yə bağlı radikal islamçı qruplaşma ötən il aprelin 14-də Nigeriyada 300 nəfərə yaxın orta məktəb şagirdi qızı qaçırması ilə dünyanın gündəminə gəlib. Ancaq artıq 13 ildir mövcud olan bu qruplaşma minlərlə insanın ölümünə, 1 milyondan çox insanın didərgin düşməsinə səbəb olub. Yalnız ötən il “Boko Haram” 2 mindən artıq insan öldürüb.  

Ancaq qəribə də olsa, bu təşkilat müəyyən mənada diqqətdən kənarda qalıb. Afrikada yerləşməsi və dünyanın “qaynar nöqtələrindən” müəyyən mənada uzaq olması bu qruplaşmaya diqqəti azaldıb. Bu səbəbdən törətdiyi qanlı terror hadisələri ilə İŞİD və ya Talibandan geri qalmayan “Boko Haram” o qədər də tanınmır.

“Boko Haram” terror təşkilatının adı Nigeriyada Hausa dilində “Qərb təhsili haramdır” mənası verir. Ancaq qruplaşmanın tam adı “Camaat əs-Sulh Sünnət li Dava və əl-Cihad”, yəni Mübarizə və Cihad üçün Sülh və Sünnət (İslam qaydaları) camaatıdır. “Boko Haram” 2002-ci ildə Nigeriyanın şimal-şərqində Ndimi Maidigouri məscidində toplaşan şəriət tərəfdarı radikal islamçılar tərəfindən qurulub. Təşkilatın əsas hədəfi ölkədə şəriət dövlətini qurmaqdır. 

Daha sonra Yoba əyalətinin Konama qəsəbəsinə toplaşaraq burda təşkilatı elan edən radikal islamçı camaat ilk illərdə Nigeriya Talibanı adlandırılırdı.
 
Taliban kimi “Boko Haram” da Nigeriyanın neftlə zəngin, ancaq eyni zamanda çox kasıb bölgə olan şimal əyalətlərində dini mədrəsələr açır və əhaliyə ərzaq yardımları etməyə başlayıb. Bir çox ekspertlərə görə, qruplaşmanın məhz neftlə zəngin bölgədə yaradılması dünya neft nəhənglərinin enerji bazarına təsiri və Nigeriya neft ixracı siyasətinə yön vermək məqsədi daşıyır. Çünki məhz “Boko Haram”ın hücumları və hədəf bəyanatları böyük ölçüdə neft ixracatçısı olaraq Nigeriyada ciddi çaxnaşmaya səbəb olur və bu da paralel olaraq dünya bazarında neft qiymətlərinə təsir edir. Nigeriyanın, xüsusən də müsəlmanlar yaşayan şimal bölgələrində əhalinin həddən artıq kasıb olması, korrupsiya və rüşvətxorluğun geniş yayılması “Boko Haram”ın güclənməsində əsas rol oynayan amillərdən biri olub. 

Ancaq “Boko Haram”ın əsas hədəfi hakimiyyətdən çox Nigeriyada Qərb təhsili, mədəniyyətinə qarşı çıxış etməkdir. Qruplaşmanın ilk hədəfi də məhz müasir təhsil mərkəzləri, məktəblər olub. Hətta daha əvvəl qruplaşmanın qaçırdığı 26 məktəbli qıza hərbi təlim keçdiyi və ordunun əməliyyatı nəticəsində azad edilən məktəblilərin bir hissəsinin hamilə olduğu, uşaq dünyaya gətirdiyi məlum olmuşdu. Yəni qruplaşma qaçırdığı məktəbli qızları cinsi istismara məruz qoyur. 

Balıq tutmaqla başlayan böyük savaş

“Boko Haram”ın hökumət qüvvələri ilə ilk toqquşması 2003-cü ildə baş verib. Göllərdə balıq tutmaq hüququ ilə bağlı hökumət orqanları ilə yerli sakinlər arasında çıxan qarşıdurma zamanı “Boko Haram” üzvləri bir neçə polis məntəqəsinə hücum edərək silahlarını ələ keçirdi. Bundan sonra hökumət təşkilatın yerləşdiyi məscidlərə əməliyyat keçirərək onları ələ keçirib və “Boko Haram”ın lideri Məhəmməd Əli də daxil olmaqla, onlarla qruplaşma üzvü öldürülüb. Ancaq bu hadisə təşkilatın tamamilə yox olmasına səbəb olmayıb, tezliklə Məhəmməd Yusif “Boko Haram”ın yeni lideri seçilib. 

Bundan sonra təxminən 6 il sakitlik olub. 2009-cu ildə qruplaşma yenidən fəallaşıb və hökumət qüvvələri ilə döyüşlərə başlayıb. Həmin il “Boko Haram” 1000-dən artıq insanın ölümünə səbəb olub. Hökumət qüvvələri təşkilatın lideri Məhəmməd Yusifi qətlə yetirib, eyni zamanda qruplaşmanın mərkəzinin yerləşdiyi Maidiqoru məscidində aparılan əməliyyat zamanı 200-dən artıq qadın və uşaq girovluqdan zad edilib. Bundan sonra qarşıdurmalar daha da dərinləşib və “Boko Haram” silahlıları polis mərkəzləri, hökumət binaları, məktəblərə hücum edib. Bundan başqa Nigeriyada yaşayan xristianlar, həmçinin “saxta müsəlman” adlandırdığı müsəlmanlara qarşı hücumlar həyata keçirib. Bu döyüşlər nəticəsində 500 min nəfər nigeriyalı qaçqın düşüb. 

Radikal sələfi ağırlıqlı olan “Boko Haram” həm də Nigeriyanın Talibanı adlandırılır. Bu sadəcə bənzətmə də deyil. “Boko Haram”ın Əfqanıstan Talibanı ilə əlaqələri var və irəli sürdüyü dövlət modeli də Əfqanıstan Talibanı ilə eynidir. Bundan başqa, ABŞ Daxili Təhlükəsizlik Departamentinin hesabatına əsasən “Boko Haram” eyni zamanda “əl-Qaidə”nin Şimali Afrika qolu AQMİ, Somalidəki “əş-Şəbab” və “Ansaru” qruplaşmaları ilə yaxından əməkdaşlıq edir, silahlıları “əl-Qaidə” düşərgələrində təlim keçir. 

“Boko Haram”ın əsas rəhbərliyi 30 nəfərdən ibarət Şuradır. Şura üzvləri ayrılıqda müxtəlif terror yuvalarını ibarət edir. Ancaq eyni zamanda heç bir yuva o biri ilə əlaqədə olmurlar. Qruplaşmanın əsas özəyini 100 nəfərdən ibarət peşəkar təlim görmüş terrorçu təşkil edir. Ancaq təşkilatın silahlı üzvlərinin dəqiq sayı bilinməsə də, hazırda Nigeriyanın şimalında 12 şəhərə nəzarət edən qruplaşmanın böyük bir döyüşçü gücünün olduğu aydındır. 

“Boko Haram” 2013-cü ildə ABŞ-ın terror təşkilatları siyahısına salınıb. Bundan başqa ABŞ hökuməti təşkilatın hazırkı lideri Əbubəkr Şekaunun başına 7 milyon dollar mükafat təyin edib. Yeri gəlmişkən, Nigeriya kasıb ölkə olsa da, son illərdə hökumət banklarına ardıcıl hücumlar həyata keçirən “Boko Haram” böyük miqdarda pullar qarət edib. 



“Boko Haram”ın ən səs-küylü hücumlarından biri 2011-ci il avqustun 26-da Nigeriyanın paytaxtı Abuca şəhərində BMT binasına kamikadze hücumu təşkil edərək, 18 nəfərin həyatına son qoyması olub. Həmin ilin 25 dekabrında milad bayramı münasibəti ilə kilsədə keçirilən tədbirə hücum təşkil edərək 40-dan artıq insanın həyatına son qoyub. 2014-cü il aprelin 14-də isə 300 nəfərə yaxın imtahana hazırlaşan orta məktəb şagirdi qızı qaçırmaqla bütün dünyanın diqqətini özünə cəlb etdi. 

“Boko Haram”ın qızları qaçırmasının səbəbi müəmma doğurub. Bir çoxlarına görə, şəriətçi qruplaşma qadın və qızları İŞİD-in etdiyi kimi, cariyə olaraq satmaq üçün qaçırır. Bu barədə təşkilatın özünün də rəsmi açıqlaması var ki, qaçırılan qızlar satılacaq. Ancaq eyni zamanda qruplaşmanın lideri Əbubəkr Şekau bəyan edib ki, qızları hökumət qüvvələrinin “Boko Haram” üzvlərinin ailələrinə yönəlik təzyiq və təqiblərinə cavab olaraq qaçırırlar. 

İndi isə bu qruplaşma dünyada artan ekstremizm və terrorun fonunda daha da fəallaşıb. Fransada baş verən olayların İslama qarşı hücumlara səbəb olması “Boko Haram” kimi qruplara meydan verir və radikal qruplara fəaliyyət üçün imkanlar açır, yaranmış narazılıq və qəzəbin fonunda öz ətraflarına yeni insanlar cəlb etmək üçün səbəb verir. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ən çox oxunanalar