Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Niyə intihar edirik, dəli olmuşuq?


Azərbaycan müharibə aparan ölkə olduğu üçün onun cəbhədə verdiyi hər bir itki ağrılı qarşılansa da, təbii sayılır. Görünür elə buna görədir ki, Mingəçevirdə polis bölməsində müəmmalı şəkildə ölən 24 yaşlı Bəhruz Hacıyevin atası “kaş ki, oğlum müharibədə şəhid olaydı” deyir və atanın yanaşması tam təbiidir.


Hələ ki, araşdırma gedir və Mingəçevirdəki hadisənin intihar, yoxsa döyülüb öldürülmə olması sonda qəti bilinəcək, günahkarlar cəzasını alacaq. 

Ancaq bu, bir intihar hadisəsi olsa belə, məsələni bitmiş sayıb üstündən keçmək, hadisənin baş vermə səbəblərinin üstünə getmək lazımdır. Cəmiyyətimizdəki neqativlər, ədalətsizliklər sonda insan talelələrinin qırılmasına gətirib çıxarır və özü də bu, kimi faktlar artan xətt üzrə gedir. 

Ölkə yollarındakı itkiləri, dənizdə, göllərdə, çaylarda boğulma ilə nəticələnən ölüm hallarını son vaxtlar intiharlar əvəzləyib. Deyək ki, Mingəçevirdəki hadisə istisnadır, bu halda təhrikedici şəxslər olub və s. Bəs, eyni həftədə İsmayıllı rayonunda baş verən intihar hadisəsinə nə deyirsiniz? 

Avqustun 22-də rayonun Aşıqbayramlı kəndinin sakini, 59 yaşlı Fizuli Rüstəmov Fizuli Mərcəfər avqustun 20-də evdən çıxıb və bir daha geri dönməyib. Onun meyiti 22-sində göldən tapılıb. Məlumata görə, mərhum uzun müddətmiş dəri xərçəngindən əziyyət çəkirmiş. 

Saatlı rayonunda isə Qıraqlı kəndinin 24 yaşlı sakini Mirvasif Həşimov özünü asıb. İntiharın hansı səbəbdən baş verməsi araşdırılır. Ancaq nə faydası..? 

Eyni gündə qonşu Sabirabadda 25 yaşlı gənc kəndiri boğazına keçirib. Cabbar Cabbarovun meyiti yarımçıq tikilinin damında aşkarlanıb. Onun ruhi xəstə olduğunu deyirlər. Ruhi xəstə məsələsinə isə xüsusi toxunmaq istəyirəm. Fakt budur, adətən, intihar edənlərin ya ruhi xəstə, ya da ağır xəstəlikdən əziyyət çəkdiyi açıqlanır. Düzdür, son illərdə Azərbaycan əhalisi arasında psixi xəstələrin sayı artıb. Bunu rəsmi rəqəmlər də deyir. Dövlət Statistika Komitəsinin məlumatına görə, müalicə-profilaktika müəssisələrində qeydiyyata düşənlərin sayı 2012-ci ildə 121139 nəfər olubsa, 2014-də bu rəqəm 2995 nəfər artaraq 124134 nəfərə çatıb. Qorxulu rəqəmdir. 

Son illərdə ailələrdə bir sıra dəhşətli qətllər elə psixi pozğunluqlar səbəbindən olur. Şübhə yox ki, bir sıra insanlar ailədəki gərginlikdən, işsizlikdən, müalicəsizlikdən, ailə-uşağnın, özünün minimum tələbatını ödəyə bilməməsindən depressiyaya düşür, həyata marağı ölür, başı pozulur və günün birində ya kəndiri boynuna keçirir, ya da ailəsini qana boyayır. Belələrini sakitcə “ruhi xəstə” adlandırıb torpağa gömmək çıxış yolu deyil. 

Görünən budur ki, növbəti qlobal böhran, manatın devalvasiyası, neftin ucuzlaşması, bazardakı bahalıq, ciddi təbəqələşmə Azərbaycana da öz təsirini növbəti dəfə göstərəcək. Necə ki, fevral devalvasiyasından sonra bağlanan iş yerlərinin, kasıblaşan əhalinin sayı xeyli artdı, hətta daş karxanalarında belə işsizlik hökm sürür. Ən qorxulusu odur ki, belə bir vəziyyət isə intihara meyli gücləndirə bilər. Əvvəllər ölkədə iş-güc sahibi ola bilməyən gənclər “başımı götürüb gedirəm Rusiyaya” deyirdilər. Beləcə başını götürüb gedənlərin sayı 2 milyonu keçdi. Hətta onların burada aylarla ər gözləyən ailəsi də günün birində təngə gəlib evdən qaçmağa qərar verir, bu da başqa bir faciədir. Ancaq artıq başını götürüb getmək üçün Rusiya ideal yer deyil, ordakılar da böhranın gətirdiyi bəlalarla üzbəüzdür. Belə bir durumda çıxış yolları aranmalıdır. Heç olmasa növbəti “keçid dövrü” üçün. Elə yollar aranmalıdır ki, üzərində tikilmiş körpülərdən keçərkən insanlar intihar haqda düşünməsinlər - “Koroğlu” körpüsü kimi.     

Avqust ayının intiharlar siyahısı isə genişdi. Ayın 12-sində Suraxanı rayonunda 42 yaşlı Ayaz Fikrət oğlu Hüseynov üzərinə benzin tökərək özünü yandırmaq istəyib, 17-sində isə bir qadın benzini Prezident Administrasiyasının binası qarşısında başına səpib, son anda xilas edilib. 
 
Biz hələ başqa intiharlardan danışmırıq, məsələn, İsmayıllı rayonunda “evdən qaçan həyat yoldaşının həsrətinə dözməyən” bir uşaq atasının özünü asmasından, “Yeni Günəşli”də arvadından küsən kişinin dama çıxıb özünü öldürmək istəməsindən danışmırıq. Hərçənd bu məsələlər də diqqətdən kənarda qalmamalı, ölkə vətəndaşlarının psixi durumunun göstəricisi sayılan hər bir fakt araşdırılmalıdır. Özümüzü öldürəcəyiksə, heç bizə düşmən lazım deyil .(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar