Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Niyə intihar edirlər?


“Tələbə özünü asdı”, “Qadın intihar etdi” “Kişi özünü körpüdən atmaq istədi”


Bu kimi ifadələrə son vaxtlar tez-tez rast gəlirik. Elə bu gün Bakıda 47 yaşlı Fəqan Nəsirovun Koroğlu metrostansiyasının yaxınlığındakı körpüyə çıxaraq özünü oradan atmaq istəməsi intiharla bağlı məsələni yenidən gündəmə gətirdi.
 
Dünya Assosiasiyasının Konqresində 21-ci əsrin depresiya və intihar əsri adlandırılması, görünür, heç də təsadüfi deyil. Bir sıra ölkələrdə oluğu kimi, Azərbaycanda da intihar halları artıb. Bununla yanaşı, intihara cəhd göstərənlər də yetərincədir. Bəs görəsən, intihara cəhd problemdən çıxış yoludurmu?
 
Psixoloq: “Bu addım cox vaxt uğurlu nəticə verir”
 
İntiharın və  ya intihara cəhdin səbəbləri bir sıra amillərlə izah olunur. Psixoloq Dəyanət Rzayev Publika.az-a açıqlamasında bildirdi ki, insanları intihara sürükləyən səbəb cox vaxt cəmiyyətdəki ədalətsizlik, təbəqələşmə ilə bağlı olur. Psixoloq hesab edir ki, sosial problem səbəbindən intihara cəhd göstərənlər böyük ümidlə aidiyyəti orqanların qapısını döyüb kömək istəyirsə, nəticədə isə heç nə əldə edə bilmirsə, deməli, o, çıxış yolunu intiharda görür. Baxmayaraq ki, intihara əl atmaq əslində düşünüldüyü kimi elə də asan qərar deyil. İntihar ümidsizlikdir, sabaha inamı azaltmaqdır: intihara cəhdə gəlincə, yüksəkliyə qalxıb intihar edəcəyini bəyan edirsə, deməli, diqqət cəlb etmək istəyir. Probleminə  biganə yanaşıldığına görə, o da məcburdur ki, kənardakıların diqqətini özünə yönəltsin ki, bəlkə, kimsə problemini həll etsin. Cox vaxt da bu addım uğurlu nəticə verir, problemi də həll olunur”.   
 
 İntihara cəhdin kütləvi hal alması millət vəkilini narahat edir
 
Məsələyə münasibət bildirən millət vəkili Qənirə Paşayeva intihar və  ya intihara cəhd kimi halların xoşagəlməz olduğunu bildirdi. Koroğlu metrostansiyasının yaxınlığındakı körpüyə çıxaraq özünü atmaq istəyənlərin məhz Qənirə Paşayevanı köməyə çağırması millət vəkilini bir qədər çətin duruma salır: “Belə vəziyyətdə insanlara kömək etməyə çalışıram. Amma digər tərəfdən, onların belə bir xoşagəlməz addım atmasının kütləvi hal alması məni narahat edir. Çünki belə getsə, özlərini körpüdən atmaq ehtimalı olanların sayı artacaq. İntihar və  ya intihara cəhd kimi əsrin bəlasına çevrilməkdə  olan halların qarşısını almaq üçün insanları dinləməli, onların problemlərinə diqqətlə, qayğıyla yanaşmalıyıq”.
 
Prokurorluq əməkdaşı belə hadisələrin ictimailəşdirilməsinin əleyhinədir
 
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov, ümumiyyətlə, intihar hadisələrinin ictimailəşdirilməsinin əleyhinədir. Prokurorluq rəsmisi Publika.az-a  açıqlamasında bildirdi ki,  KİV-də bu kimi xəbərlərin yer alması intihar hadisələrinin insanların gözündə adiləşməsinə gətirib çıxarır: “Əksər vaxt belə hadisələr ailədaxili problemlərlə bağlı olur. Belə olanda insanlar ümidsizliyə qapılaraq cəhd etməyə çalışırlar. Amma buna haqq qazandırmaq düzgün deyil. Ətrafdakıları öz problemləri ilə panikaya salmaq olmaz” -  deyə E.Sultanov qeyd edib.
 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar