Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Niyə tutmuşdular, niyə buraxdılar?

Oturub-durub kiminsə azadlıqdan məhrum edilməsini, məhbəsdə yatmasını istəmək gerçək humanizmə ziddir. Ancaq orası da var ki, cinayətkar cəzasız qalmamalıdır, asudə gəzərək ictimaiyyətə təhlükə törətməməlidir, təcrid olunmalıdır


Əslində ikincini təmin etmək daha böyük humanizmdir. Bir canini həbs etməyib, yaxud vaxtından tez azad edib cəmiyyətin içinə buraxmaq, onun əlindən ziyan çəkəcək adamlara zülm etmək deməkdir. 

Nə yazıq ki, ölkəmizdə günahsız adamların məhbəs divarları arasında qaldığı bir zamanda minlərlə cinayətkar azadlıqda gəzir və ya yüngül, simvolik cəzalarla canlarını qurtarırlar. 
Bugünlərdə ağır dələduzluq cinayətində ittiham olunaraq həbsə alınmış birinin gözlənilmədən azadlığa buraxılması ictimaiyyət arasında ajiotaja, söz-söhbətə səbəb olub. 

Birincisi, o adamın - Bayraq Meydanı Kompleksi İdarəsinin sabiq sədri Rəşad Məmmədovun həbs edilməsinin özü də gözlənilməz olmuşdu. Onun rəhbərlik etdiyi idarənin adı heç də ölkədəki korrupsiya yuvalarının “reytinq cədvəli”ində ilk onluğa düşmürdü. 

Ona görə də idarə rəisinin həbsi üzərində böyük hay-küy qopdu. Startda onu dövlətə xəyanətdən tutmuş ta böyük korrupsiya maxinasiyalarına qədər ən ağır cinayətlərdə suçladılar. Hətta təqsirsizlik prezumpsiyasını, insanların milli mənsubiyyətinə görə mühakimə edilməsinin yolverilməz olduğu barədə beynəlxalq konvensiyanın tələblərini bir kənara qoyaraq, daha doğrusu, onlara tüpürərək, R.Məmmədovun erməni qohumlarının olması barədə mediaya xəbərlər də sızdırdılar. Bacardıqca onu daha ağır cinayət ittihamları ilə yüklədilər. 

Sonra, vaxt keçdikcə mediada qoparılmış tozanaq yatışmağa, rəisə qarşı irəli sürülmüş ittihamlar azalmağa və yüngülləşməyə başladı, “dövlətə xəyanət” bir kənara atıldı, “korrupsiya ittihamı” aradan qalxdı, yerdə dələduzluq-filan kimi ittihamlar qaldı. Ancaq burada da ağırlaşdırıcı hal vardı, söhbət 6 milyonluq dələduzluq faktından gedirdi. Rəisdən şikayət edib, üzünə duranlar vardı. 

Bir müddət öncə başlayan məhkəmənin nəticəsi isə belə oldu: rəisi azadlığa buraxdılar. Bundan əvvəl ondan şikayət edən şəxs də məhkəmədə artıq ona dəyən ziyanın ödənildiyini, R.Məmmədovdan şikayətçi olmadığını söyləmişdi. 

Sabiq rəisin şou xarakteri daşıyan məhkəməsində övladlarına təminatlı gələcək hazırlaması üçün bütün bu əməllərə qol qoyduğunu etiraf etməsi çox maraqlı və ibrətamiz idi. Əslində bu, onun vəzifə səlahiyyətlərindən sui-istifadə etməsini göstərirdi, ancaq məhkəmə bunun üstündən keçdi, heç R.Məmmədovun o milyonları haradan əldə etməsinin qaynaqları da araşdırılmadı. Başqa birisi olsaydı, kələfi çözməyə davam edər, yeni-yeni cinayət işləri aça bilərdilər. 

Amma belə görünürdü ki, sabiq rəisin həbsinə dair fətva yuxarılardan verildiyi kimi, artıq onun barəsində şifahi əfv qərarı da çıxarılıb və məhkəməyə “aş-burax” əmri verilib. Elə ona görə də Azərbaycanın məhkəmə tarixində bir ilk yaşandı, həmişə və bütün hallarda müttəhimlərə layiq olduqlarından da 2-3 il ağır cəza tələb edən prokuror bu dəfə müttəhimə azadlıq tələb etdi. Və bu tələb ləngimədən yerinə yetirildi. 

İctimaiyyətin sualları isə çoxdur: Nədən prokuror və hakimər heç də həmişə bu cür deyillər və 150-200 (lap olsun, 2-3 min) manatlıq dələduzluqlara görə insanlara ağır cəzalar verirlər, amma bu dəfə 6 milyonluq dələduzluğu gözardı etdilər?; Sabiq rəisin əməllərində ağır cinayət tərkibi yox idisə, keçənilki hay-küy, ona qarşı irəli sürülən ağır ittihamların mənası nəydi, adamı niyə şərləyirdilər? Yox, təqsiri, suçu vardısa, üstündən niyə keçdilər?

Göründüyü kimi, bu hadisədən, daha dəqiqi, keçən ildən bəri detalları dillərdə dastan, mediadan manşet olan prosesdən ciddi korrupsiya iyi gəlir. 

İctimaiyyət belə məsələlərdə çox da özünü çətinə salmır, bir neçə cümləylə məsələnin mahiyyətini izah edir: “Gördülər ki, imkanı, pulu var, dolaşdırdılar, torbasını tikdilər, əlindəkini aldılar, sonra da buraxdılar”.

İndi kimsə çıxıb təkzib eləsin ki, belə olmayıb və qanunun aliliyi, təqsirsizlik prezumpsiyası, humanizm dəyərləri barədə moizə oxusun, qulaq asaq. (musavat.com)


Yazar : Xalid KAZIMLI

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən çox oxunanalar