Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Niyə “Eurovision” Ukraynada böhranla üzləşib?


Bu sualı verən “The Economist” dərgisi yazır ki, ötən il Ukrayna Jamala-nın ifasında “1944” mahnısı ilə yarışmanın qalibi oldu:


“Mahnı Stalin dövründə Krım tatarlarının sürgün edilməsindən bəhs edilirdi. “Eurovision” yarışmasının siyasətdən uzaq tutulduğu vurğulansa da, Ukraynanın qalibiyyəti üçüncü yerdə qərar tutan Rusiyanı hiddətləndirə bildi. Qalibiyyət Ukraynaya həm də bu ilki, mayda keçiriləcək yarışmaya ev sahiblik imkanı qazandırdı”.

“The Economist” baş verənlərin yarışma ətrafında başqa hay-küy yaratdığını vurğulayır: “Bu, müsabiqəyə hazırlığın ləngliyi, maliyyə mənbələri axtarılması, hətta sosial şəbəkələrdə hər şeyin Kiyevdən Rusiyaya köçürüləcəyi ilə bağlı dedi-qodulardır. Fevralın 13-də müsabiqənin təşkilat komitəsinin 21 əməkdaşı Ukrayna Milli İctimai Televiziya və Radio Yayımları Şirkətindənistefaya gedəndən sonra zövqsüz pop-musiqi yarışmasının taleyi şübhə altına düşüb.

“Eurovision” yarışmasının sahibi Avropa Yayım Birliyi Ukraynanı nəzərdə tutulan qrafikə əməl etməyə çağırıb, siyasətçilər isə narahat azarkeşləri ovundurmağa çalışırlar. Baş nazir Volodymyr Groysman deyib ki, yarışmanın keçiriləcəyinə heç bir əngəl yoxdur.

Bəs niyə Ukraynada “Eurovision” yarışmasının keçirilməsi təhlükə ilə üzləşib?



"Başqa beynəlxalq tədbirlərdən fərqli olaraq, “Eurovision”ə ev sahibliyi etmək üçün illərlə yox, aylarla hazırlaşmaq, pul tapmaq və şounu təşkil etmək lazımdır. 2001-ci ildə Danimarka yarışmanı 36 minlik konsert zalında keçirmişdi, indi 3 günlük dəbdəbəyə 180 milyon adam baxır. Danimarka 2014-cü ildə yarışmanı yenidən keçirəndə tədbirin büdcəsi 53 milyon dollara çatmışdı. Hökumətlər pul tapmaqdan ötrü kreativliyə əl atırlar. 2010-cu ildə Norveç yarışmaya 37 milyon dollar xərcləyəndən sonra, ictimai yayımçısı, haqq-hesabda balans yaratmaqdan ötrü Dünya Kuboku ilə bağlı hüquqlarını rəqibinə satmalı oldu. 2012-ci ildə Azərbaycanda “Eurovision”ı keçirməyə gərəkən 76 milyon dollar üçün bəzi xərclərdən, o cümlədən, ölkənin su təsərrüfatının yenidənqurulmasına ayrılmış vəsaitdən “qırpdı”. Ukrayna məmurları “Eurovision” üçün kəmərləri sıxaraq” 17 milyon dolları gözə almışdılar”.

“The Economist”in yazdığına görə, “Eurovision”-un Ukraynada ən böyük problemi odur ki, ölkənin zəruri demokratik islahatları ilə dolaşıb. 2014-cü il inqilabından sonra hökumət köhnə dövlət teleradio şirkətinin müstəqil ictimai kanala çevrilməsi, xəbər xidmətini gücləndirməsi üçün qanun qəbul edib. Ölkədə digər teleradio şəbəkələri özəl olduğundan buna ehtiyac vardı. Qanun imkan yaradır ki, İctimai tele-radioya büdcədən azı 0,2 faiz civarında vəsait ayrılsın.

İstefalar daxili çəkişmələrə səbəb oldu



2016-cı ilin noyabrında Ukrayna Milli İctimai Televiziya və Radio Yayımları Şirkətinin rəhbəri Zurab Alasania “Eurovision”un onların büdcəsini “udması”yla bağlı narahatlıq üzündən istefa verdi. Onun istefası “Eurovision” yarışması üzərində nəzarətlə bağlı daxili çəkişmələrə yol açdı və hazırlıqlar ləngidi.

Heyətin istefaya getməsindən bir həftə əvvəl qonorardan, sponsorlardan, bilet satışından gözlənən 7,4 milyon dollarlıq gəlirin “Eurovision” təchizatına əlavə edilməsi odun üstünə yağ tökdü. Bu, yarışmanın büdcəsini 32 milyon dollara qaldırdı, İctimai TV-nin büdcədən bu il üçün alacağından (33 milyon dollar) bir qədər az.

Şou davam edəcək

Gecikmə nəticəsində Ukraynanın yarışmaya ev sahibliyini əldən verəcəyi bir qədər gözlənəndir. Ancaq sıravi ukraynalılar uzun müddətdir müharibənin, iqtisadi çətinliklərin fonunda bir işıqdan ötrü səbirsizlənirlər. Ukrayna siyasətçiləri də ümid edirlər ki, “Eurovison” müharibənin əlindən yorğun düşmüş xalqın ovqatını yüksəldə biləcək.

Ukrayna İctimai Yayım Şurasının bu günlərdə istefaya getmiş bir yetkilisi deyir ki, o, keçən il yarışmanı izləyən zaman ağlına gələn ilk fikir bu olub:

Bu qələbə İctimai TV-ni ya gücləndirəcək, ya da öldürəcək:

“Mən hələ bilmirəm, nə baş verəcək”, – o bildirir. Ancaq bir şey aydındır: bu ilki Eurovision eyforiyası keçəndən sonra Ukrayna mediası və onun demokratiyası qarşısında onun gücləndirilməsi kimi çətin tapşırıq qalacaq. “The Economist” belə yazır.(virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verilib

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ən çox oxunanalar