Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nizami İsgəndərovun Sumqayıtda ağac terroru- Fotolar


Nizami İsgəndərov parkı dağıtdırıb bina tikdirir; sakinlər: "İcra başçısı parkları ayrı-ayrı iş adamlarına satmaqla cibini doldurur"


Sumqayıt şəhəri, 1-ci məhəllə, “Bağçaların yanı” deyilən ərazidəki park bu səhər dağıdılıb. Sakinlərdən "Yeni Müsavat"a daxil olan məlumatda deyilir ki, gecə ilə əraziyə ağır texnika gətirilib. Sübh tezdən isə ağaclar kəsilib və maşınlara yüklənərək naməlum istiqamətdə aparılıb. Sakinlər ağacların kəsilməsinə etiraz etsələr də, Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndələri polis gücünə onları ərazidən uzaqlaşdırmağa müvəffəq olublar.  

Sabiq deputat parka nəyə görə göz tikib?

Sözügedən ərazidə yaşayan sakinlər bildirilər ki, ərazini sabiq deputat, iş adamı Nizami İsgəndərov alıb. Deputat parkın ərazisində özünə ticarət mərkəzi tikdirəcək. Sakinlər bildirdilər ki,  tikinti işlərini aparan şirkətdən öyrəniblər ki, sabiq deputat yeni obyektini bacısı, hazırda Sumqayıt şəhər doğum şöbəsinin baş həkimi olan bacısının adına sənədləşdirib.

Onların sözlərinə görə, Nizami İsgəndərov bir neçə dəfə parkın ərazisini hasarlatdırmağa cəhd göstərib. Lakin sakinlər bu barədə icra hakimiyyətinə məlumat verdikdən sonra hasarlama işləri dayandırılıb. Məmməd Hacıyev adlı Sumqayıt sakininin sözlərinə görə, sabiq deputatın bu əməli barədə icra başçısı Eldar Əzizova, Sumqayıt hüquq-mühafizə orqanlarına və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məlumat veriblər : "İcra hakimiyyətindən bizə bildirdilər ki, guya ərazidə abadlıq-quruculuq işləri aparılacaq. Necə abadlıq-quruculuq işləri aparırlarsa, parkda qırmadıqları ağac qoymayıblar. Hər yeri qazıb töküblər. Ekologiya və Təbii Sərvətlər Nazirliyinə zəng vurduq ki, gəlib bu biabırçılığa son qoysunlar. "Araşdıracağıq" deyib bizi mədəni sürətdə yola verdilər. Polisə şikayət etdik, ağacları qırarkən bizim üstümüzə hücum çəkib həbslə hədələdilər".

Sumqayıt sakini bildirdi ki, icra başçısı neçə illərdir təmir olunmayan parkları ayrı-ayrı iş adamlarına satmaqla cibini doldurur: "Hazırda şəhərdə ekoloji tarazlıq tamamilə pozulub. Nəfəs ala bilmirik. Sakinlərin istirahət etdiyi bir-iki park var idi. Onları dağıdıb yerinə bahalı mərmər və qranit döşədilər. Qısacası, Sumqayıtda satılmayan bircə qarış belə boş torpaq tapa bilməsiniz".

Sakinlər bildirdilər ki, əgər  parkın ərazisində tikinti işləri durdurulmasa, Prezident Administrasiyası önündə aksiya keçirəcəklər. 

N.İsgəndərov biznes imperiyasını genişləndirir

Məlumat üçün bildirək ki, Nizami İsgəndərov zahirən adi iş adamıdır. Əslində isə hazırda Azərbaycanda brilyant, qızıl biznesinə nəzarət edən əsas fiqurdur. Real olaraq bu iş adamına məxsus Sumqayıtdakı bazarda 300-dən çox mağaza işləyir və bunların əksəriyyəti brilyant, qızıl satışı ilə məşğul olur. 

Güman edilə bilər ki, bu mağazalar onun tərəfindən icarəyə verilib. Faktlar isə bunun əksini deyir. Satışa çıxarılan zinət əşyalarının hamısı Nizami İsgəndərov tərəfindən gətirilir və bu mağazalarda satışa çıxarılır. Bununla yanaşı Nizami İsgəndərov artıq Moskva ticarət mərkəzində və mərkəzi univermaqda da təsir imkanları artır. Bu isə o deməkdir ki, sabiq deputat hazırda qızıl brilyant satışı bazarında 20 faizə tam nəzarət edir. 

Onun gücünə güc qatan başqa bir amil isə Səudiyyə Ərəbistanında da gizli biznes şəbəkəsi yaratmasıdır. Qızıl biznesi ilə məşğul olan xırda sahibkarlar isə bildirir ki, Azərbaycanda satılan qızıl, brilyant məmulatlarının 50 faizdən çoxu Səudiyyə Ərəbistanından gətirilir. 2008-ci ilə qədər ölkəyə bu ölkədən belə məsulları gətirənlər vəhhabi təriqətindən olanlar idi. Lakin 2 ilə qədər olar ki, bu biznesə Nizami İsgəndərov rəhbərlik edir və rəqiblərini sıradan çıxartmaq üçün Səudiyyə Ərəbistanındakı imkanlarından istifadə edir. 

Keçmiş deputatın gücü o həddə çatıb ki, Azərbaycanda qızılın qiymətinin qalxıb enməsinə də nəzarət edə bilir.
Hərçənd Sumqayıtın icra başçısı dəyişəndən sonra Nizami İsgəndərovun işləri qısa zaman ərzində də olsa zəiflədi. Çünki yeni başçı Eldar Əzizov hətta şəhərin mərkəzində fəaliyyət göstərən və heç bir normaya cavab verməyən bazarı sökdürməyə də səy göstərdi. Bir neçə günlük cəhddən sonra isə Nizami İsgəndərov Eldar Əzizovu susdura bildi və o, bu gün Sumqayıtdakı qruplaşmalara rəhbərlik edir. 













Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Ən çox oxunanalar