Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nizami Piriyev ona işgəncə verilməsindən şikayət edir


“Artıq bir neçə gündür ki, mən döyülürəm və qeyri-insani rəftarla üz-üzəyəm. Cümə günündən (mayın 22-dən-red.) etibarən mən hər gün bir neçə dəfə döyürlər. Mən vəkilim Muxtar Mustafayevdən bununla bağlı Baş Prokurorluğa və MTN-ə müraciət etməyi xahiş etmişəm”


Həbsdəki oliqarx Nizami Piriyevin virtualaz.org saytının redaksiyasına göndərdiyi bəyanatda belə deyilir.

Yaranmış bu vəziyyəti şərh edən vəkil Muxtar Mustafayev qeyd edib ki, o, artıq Azərbaycanın baş prokuroruna təcili şəkildə müraciət edib.

M.Mustafayev deyib ki, ona müvəkkili ilə görüşməyi qadağan edirlər. Bununla belə vəkil də oliqarx N.Piriyevin üzləşdiyi qeyri-insani rəftar barədə məlumatlı olduğunu bildirib.

Xatırladaq ki, oliqarx Nizami Piriyev bir müddət əvvəl saxlanılıb və onun barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Nizami Piriyev “PNN Group” şirkətinin sahibidir. Onun oğlu Nəsib Piriyev isə həmtəsisçilərindən biridir.

“PNN Group” şirkətinin əsas aktivləri neft kimyası sənayesi sahəsində ixtisaslaşan və metanol istehsalı ilə məşğul olan “AzMeCo” şirkətidir.

Bundan əlavə “PNN” şirkəti Azərbaycan və Ukraynada öz mağazalarını açmış “De Beers и Hamley`s” şirkətlərinin tərəfdaşıdır. “PNN Group” KFC qəlyanaltıxana şəbəkəsini də inkişaf etdirir.

Şirkət öz maliyyə göstəricilərini açıqlamır. Amma onun aktivləri 650 milyon dollar həcmində qiymətləndirilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən çox oxunanalar