Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nobel mükafatçısı Markes öldü


Nobel mükafatı laureatı Qabriel Qarsia Markes dünyasını dəyişib


Musavat.com xəbər verir ki, məlumatı Reuters yayıb.

Kolubmbiyalı yazıçı pnevmaniya diaqnozu ilə Mexikoda xəstəxanaya yerləşdirilmiş, müalicədən sonra evə buraxılmışdı.

Markes Migel Servantes dövründən ən tanınmış ispandilli yazıçıdır.

Qabriel Qarsiya Markes 6 mart 1927–ci ildə Kolumbiyanın Arakataka şəhərində teleqrafçı ailəsində anadan olmuşdur. Ailədə olan 16 uşaqdan ən böyüyü idi. Markes balaca olarkən valideynləri başqa şəhərə köçmüş, nəticədə onlar öz övladlarını babası polkovnik Nikolas Rikardo Markes Mexia İquaranın yanında qoymuşlar. 1899-1903-cü illərdə vətəndaş müharibəsində iştirak etmiş bu şəxs artıq təqaüd alırdı.

1936–cı ildə 18 yaşlı gənc babası öldükdən sonra Arakataka şəhərini tərk edir və internatda oxumaq üçün Sapakiri şəhərinə gedir. Sapakiridə olarkən o, ilk dəfə yazmağa başlayır. 1940–1942–ci illərdə Barrankiledə San Xose adlanan məktəbdə təhsilini davam etdirir. İlk əsərini isə məktəbin qəzeti üçün qələmə alır.

1943–cü ildə təhsilini Sikapiredə yerləşən milli kollecdə davam etdirir. Poeziyaya olan marağı onu "Daş və səma" adlanan qrupa gətirir. 1947-ci ildə "El Espektador" adlı qəzetdə Qarsiya Markesin ilk yazıçılıq qabiliyyəti ilə qələmə aldığı əsər işıq üzü görür. "Üçüncü sadəlik" (isp. La tercera resignacion) adlanan əsər Kafkinin təsiri ilə yazılmışdı. Həmin ildə Qarsiya Markes məktəbi bitirərək Boqotoda yerləşən Milli Universitetin Hüquq fakültəsinə daxil olur.

1948–ci ildə demokratik şəxs Xorxe Eliesera Qaytananın ölümündən sonra ölkədə çox güclü vətəndaş müharibəsi başlayarkən, Qarsiya Markes Boqotodan Kartaxena-de-las-İndias adlanan şəhərə gəlir. O, buradakı yerli universitetdə oxumağa davam edir və "Universal" adlanan qəzetdə işləyir. 1950–ci ildə Markes Barrankiloya köçür və buradakı "El Eraldo" qəzetində çalışır və həmin qəzetdə "Jiraf" adlanan rubrikanın sahibinə çevrilir. Bütün bunlarla yanaşı "Xronika" adlanan həftəlik qəzetin də redaksiyasına tez-tez baş çəkir. Beləliklə Markes tamamilə hüquq fakültəsini tərk edir və jurnalistika sahəsi üzərində fəaliyyət göstərməyə başlayır. Onun böyük romanı olan "Ev" fikrinə düşür, hansı ki, həmin roman 16 il sonra "100 illərcə yalnızlıq" adlanır. 1954-cü ildə Boqotaya qayıdır və "El Espektador" qəzetində işləməyə davam edir.

Markes oçerklərdən ibarət "Mənim macəralarım haqqında həqiqətlər" adlı seriyaları yazmağa başlayır. Bu oçerk seriyasında Kolumbiyanın hərbi gəmisində xilas olunmuş ekipaj üzvlərindən söhbət açılır. Bu məqlələrdə Kolumbiyanın hərbi gəmilərində olan qaçaqçılıq haqqında faktlardan danışılır, biyabırçılıqlar aşkara çıxardılır.

Daha sonra Markes Avropaya gəlir. O, İtaliyanın paytaxtı Romada işləyir, eyni zamanda Eksperimantal kinematoqrafiya mərkəzi adlanan yerdə rejissorluq kurslarında iştirak edir. Markes Romadan Parisə gəlir. Vətənində baş verən hadisələr onun fransız şəhərində qalmasına məcbur edir. Məhz burada Markes "Polkovnikə heç kim yazmır" adlanan povestini qələmə alır. İlk variantını 1956-cı ildə bitirdikdən sonra Markes həm yazıçılıq, həm də psixoloji formaları daha dərindən öyrənərək əsəri 11 dəfə yenidən işləyir.

1955-ci illərdə Boqotda Markesin dostları ilə yığışması olur, buradaca onun ilk şəxsi kitabı "Düşmüş yarpaq" (isp. La hojarasca) nəşr edilir. Bu povestdə ilk dəfə Makondo şəhəri haqqında danışılır. Makonda şəhəri ilə birlikdə yalnızlıq haqqında mətnlərə də yer verilir, bu da Markes sənətinin əsasını təşkil etməyə başlayır. 1956-cı ildə Kolumbiya diktatoru Roxas Pinilya "El Espektador" qəzetini ifşa edir. Qarsiya Markes Parisdə yaşayır, bir neçə qəzet üçün çalışır, eyni zamanda yaradıcılıqla məşğul olur. 1957-ci ildə Markes "Polkovnikə heç kim yazmır" (isp. El colonel no tiene quien le escriba) povestini tamamilə bitirir. Tezlikdə Venesuelanın paytaxtı Karakasa gəlir, hansı ki, bu zaman Peres Himenesa adlı diktatorun zamanı idi. Bu müddətdə o, "Momento" adlanan jurnalda fəaliyyətə başlayır.

1958-ci ildə Meksikanın çox az tanınmış juranlı olan "Mito"da onun "Polkovnikə heç kim yazmır" povesti dərc olunur. Povestdəki hadisələr 1956-cı ildə baş verir, bütün hadisələr bilinməyən şəhərdə cərayan edir. Yalnız qəhrəmanın – polkovnikin yuxularında və xatirələrində vətəndaş müharibəsində iştirak edənlər də vardır və bütün bunlardan məlum olur ki, o, Makondo şəhərində məskunlaşıb. Yalnız hazırda başqa yerdədir və bura artıq neçə illərdir köçüb. Məhz Makondodan real və əfsanəvi hadisələr baş qaldırmağa başlayır.

Məhz bu il Markes Barrankiledə Mersedes Barça ilə ailə həyatı qurur. 1959-ci ildə Kolumbiya festivalı çərçivəsində "Düşmüş yarpaq" povesti yaranır, "Arzuolunmaz saat" (isp. La mala hora) romanı bitirilir. Markesin bədii yaradıcılığında daha çox güc tətbiqi və onun insanlara təsiri özünü göstərir. Beləliklə müxtəlif səhifələrdə Aureliana Buendia, Rebekka və Makonda obrazları yaradılır. Həmin il də Qarsiya Markes Kuba informasiya agentliyi ilə işləməyə başlayır. Onu Havay, Boqota, daha sonra isə Nyu-Yorkda tanıdır. 1961-ci ildə Markes jurnalistikanı tərk edərək özünün daima yaşaya biləcəyi Mexikoya gəlməyi qərarlaşdırır. Bura o, ABŞ-dan gəlir.

Qabriel Qarsiya Markes 1962-ci ildə "Arzuolunmaz saat" romanı İspaniyada "Esso" mükafatına layiq görülür, buna görə yazıçının əlehinə şüarlar qalxır. "Böyük ananın dəfni" (isp. Los funerales de la Mama Grande) adlanan məcmuə işıq üzü görür, burada 8 nağıl vardır və 1955-ci ildən hazırlanırdı. 1962-1965-ci illərdə Markes Mexikoda jurnal rəhbərinə çevrilir, agentlikdə möhür vuran şəxs kimi işləyir. Həmçinin meksikan yazıçı Karlos Fuenteslə birlikdə kinossenari yazır. Bununla yanaşı Huan Rulfonun "Qızıl xoruz" adlı nağılına və bu müəllifin "Pedro Paramo" romanına da ssenari yazılır. Beləliklə gələcək roman olan "100 illərcə yalnızlıq" üzərində işə başlanılır.

1967–ci ildə cəmiyyətə "100 ilin tənhalığı" (isp. Cien anos de soledad) romanı təqdim edilir. Bu romanda Makonda kəndi (Arakataka şəhərinin Markes uşaqlığını keçirtdiyi kəndidir.) özündə Latın Amerikasını simvollaşdırır, onun yaradıcısı Buendina isə özünün kökünü və dünyanın tarixini əks etidirir. Romanı ilk dəfədən demək olar ki, dünyanın bütün dillərinə çevirməyə başlayırlar. Həmçinin bütün tənqidçilər, oxucular ədəbiyyatın müasir şah əsərini açıq ürəklə qəbul edir. Latın Amerikasında sanki partlayış olur və Markesi realizmin banisi adlandırırlar. Tezlikdə Markes Barselonaya köçür. Ona Nyu Yorkda Kolimbiya Universitetinin fəxri doktoru adı verilir.

1972-ci ildə nağıllar məcmuəsi olan "Sadəqəlbli Erendiranın inanılmaz, kədərli tarixi və onun qəlbsiz nənəsi" (isp. La increíble y triste historia de la cándida Eréndira y de su abuela desalmada) işıq üzü görür. Bundan sonra Markesin bütün yazıları üzərində güclü tədqiqatlar aparılır və həmin il də Markes beynəlxalq Romulo Qaleqosa adlı mükafatın sahibinə çevrilir. 1974-cü ildə Markes Boqotoda "Alternariv" adlı qəzetin yaradıcısı qoyur.

1975–ci ildə xalqa "Patriarx payızı" (isp. El otono del patriarca) romanını təqdim edir, hansı ki, əsasında güclü şəkildə şəxsi məsələlər dayanırdı. Həmçinin qayda qanunların mövcudluğu və Amerikan diktaturasının obrazı bu əsərdə yaradılmışdır. Məhz bu roman güc müqavimətinin əsas faktı və despotizmin nümayişçisi sayılır. 1975-1981-ci illərdə Çili diktatoru Pinoçetin dövründə Markes yaradıcılığa yer vermir, daha çox siyasi baxışları dərgiləyən yazılara yer verir.

1981–ci ildə "Bir ölümün əvvəlcədən məlumu" digər adı da "Elan edilmiş ölümün xronikası" (isp. Cronica de una muerte anunciada) adlanan roman yazılır. Bu novator formasındadır, ölümdən danışılır, hansı ki, müxtəlif istiqamətlərə yozulur və məsələ aydınlaşmır. Elə bu il Markes Fransanın fəxri ordeni olan Legionla təltif edilir. 1982-ci ildə Markes ədəbiyyat üzrə Nobel mükafatı alır. Romanlarında və nağıllarında fantastika və reallığa verdiyi yer, onların bir-biri ilə güclü birləşdirilməsi, eyni zamanda dünya baxışının güclü təsviri, insani həyatın əksi və müxtəlif kontinentlərin konfliktlərini nümayiş etdirilməsi.

1985–ci ildə "Taun xəstəliyi zamanı sevgi" (isp. El amor en los tiempos de cólera) romanı, 1989-cu ildə "Öz labirintində olan general" (isp. El general en su laberinto) romanı, 1992-ci ildə "İyirmi səyyahın nağılı" (isp. Doce cuentos pergrinos) məcmuəsi, 1994-cü ildə "Sevgi və başqa şeytanlar" (isp. Diatriba de amor contra un hombre sentado y Del amor y otros demonios), 1996-cı ildə "Qaçırılma haqqında məlumat" (isp. Noticia de un secuestro) işıq üzü görür.

1999–cu ildə Markes Kolumbiyanın həftəlik juranlı olan "Cambio"nu alır. 1999-2000-ci illərdə ABŞ və Meksikada limfasında olan xərçəng xəstəliyindən müalicə alır. 2002-ci ildə yazıçının ilk memuarları işıq üzü görür. "Bunu danışmaq üçün yaşamaq" (isp. Vivir Para Contarla) adlanan memuarlar maraq doğurur. Həmçinin Markes iki ədəd nağıl məcmuəsi üzərində də işləyir. 2004-cü ildə "Qəmgin fahişələrimdən qalan xatirələr" (isp. Memoria de mis putas tristes) romanı yaranır. Bu melanxolik memuardır, hansı ki, bütün qadınların ən yaxını olaraq xatirəsində qalır. Beləliklə realizm yaradıcı insanların həmişə düşünməsinə yol açır. Romanın dərc olunması biyabırçılıqla nəticələnir, çünki rəsmi çıxışdan əvvəl qanunsuz nüsxələr işıq üzü görür. Beləliklə Markes piratları aldatmaq üçün romanın son qəhrəmanı üzərində bir neçə dəyişiklik edir.

Yazıçının sözlərinə görə hazırda o, iki kitab üzərində işləyir, həmçinin çoxdan başladığı "Avqusta görüşərik" kitabını da bitirmək üzrə idi. Bu kitab dörd nağıldan ibarət olmalıydı.

Romanları:

Arzuedilməz saat (isp. La mala hora) (1959)
Yüz ilin tənhalığı(isp. Cien años de soledad) (1967)
Patriarxın payızı (isp. El otono del patriarca) (1975)
Gözlənilən bir qətlin tarixçəsi (isp. Cronica de una muerte anunciada) (1981)
Taun xəstəliyi zamanı sevgi (isp. El amor en los tiempos del cólera) (1985)
Öz labirintində olan general (isp. El general en su laberinto) (1989)
Mənim kədərli rəfiqələrimdən xatirələr (isp. Memoria de mis putas tristes) (2004).


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar