Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Norveç bankı müsəlmanlara faizsiz kreditlərverməyə başlayıb


Norveçin “Storebrand” bankı müştərilərə test rejimində borc faizini qadağan edən şəriət normalarına uyğun kreditləşdirmə təklif etməyə başlayıb


Norveç KİV-lərinin yaydığı məlumata görə, bu yolla bank yeni müştərilər cəlb etmək istəyir.

Artıq bank özünün maliyyə marağı olmadan evdə maliyyələşdirmə üçün “etik kreditlərin” təşviq edilməsindən ötrü yeni sayt yaradıb. Yeni sistem üzərində işə belə kreditləşdirmə sisteminin fəaliyyət göstərdiyi başqa ölkələrdən mütəxəssislər cəlb olunub. Bankın yeni saytında deyilir: “Biz gənclərə, ali məktəbləri yeni bitirmiş məzunlara, yaxud bank ilə dini problemlər səbəbindən mənzil üçün normal kredit ala bilməyən adamlara müraciət edirik”.

“Storebrand” bankından bildiriblər ki, faizsiz kredit üçün çox vaxt mənzil almaq istəyən, amma öz etiqadına görə ənənəvi krediti qəbul edə bilməyən müsəlmanlar müraciət edirlər. Belə ki, İslam maliyyə kreditləri üzrə faiz və rüsum alınmasını qadağan edir.

Beləliklə, indi Norveç müsəlmanları İslam dininin qaydalarını pozmadan ipoteka kreditləri götürə biləcəklər. Test rejiminin tətbiq edildiyi təkcə bir həftə ərzində bu cür kreditlər almaq üçün banka təqribən 300 adam müraciət edib.

“Storebrand” bankının nümayəndələri qeyd edirlər ki, yeniliklə əlaqədar bəzi müştərilərindən mənfi rəylər də alıblar. Onlar müsəlmanlara faizsiz kreditlər verildiyi üçün bankla əməkdaşlığı dayandırıblar(azərtac).

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - Video    

Ən çox oxunanalar