Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Norveçin Azərbaycandakı yeni səfirinin adı məlum oldu


Norveç Krallığı ölkəmizə yeni fövqəladə və səlahiyyətli səfir təyin edib


Norveçin Azərbaycandakı səfirliyindən "Trend"-ə verilən məlumata görə, bu vəzifəyə Bord İvar Svendsen (Bård Ivar Svendsen) təyin olunub.

B.İ.Svendsen bu təyinatadək Norveçin Xarici İşlər Nazirliyində, ölkənin Latviyadakı və Rusiyadakı səfirliklərində diplomatik fəaliyyətlə məşğul olub.

Qeyd edək ki, bundan öncə Erlinq Şönsberq Norveçin Azərbaycandakı səfiri vəzifəsində diplomatik fəaliyyətini başa çatdırıb.

Xatırladaq ki, Azərbaycan və Norveç arasında diplomatik münasibətlər 5 iyun 1992-ci ildə qurulub. Norveç Krallığının Azərbaycandakı səfirliyi 1998-ci ildə fəaliyyətə başlayıb.

Ötən dövr ərzində Norveç və Azərbaycan arasında siyasi, iqtisadi və humanitar əməkdaşlıq üzrə yüksək səviyyəli qarşılıqlı səfərlər baş tutub, əlaqələrin inkişaf etdirilməsi üçün geniş imkanlar və müqavilə-hüquq bazası yaradılıb. Norveç rəsmiləri dəfələrlə bəyan ediblər ki, Norveç Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibətdə münaqişənin Azərbaycanın ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında sülh yolu ilə həllini dəstəkləyir.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Şoyqu həbs edilən müavinini vəzifəsindən uzaqlaşdırıb

Ən çox oxunanalar