Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Növbəti devalvasiya gözlənilir


“Azərbaycanda yenidən devalvasiya ola bilər. Ümumiyyətlə devalvasiya məsələsi gündəmdən çıxmayıb, bu gün real olaraq qalır”


Bunu Azvision.az-a açıqlamasında iqtisadçı-ekspert Samir Əliyev deyib. 



Ekspertin sözlərinə görə, devalvasiyanın nə zaman olacağını dəqiq demək mümkün deyil: “Azərbaycan manatı iki amildən asılıdır. Bunlardan biri neftdir. Ötən gün neftin qiyməti kəskin şəkildə aşağı düşdü. Halbuki, bir ay öncə neftin qiyməti 60 dollardan yuxarı idi. Neft ucuzlaşdıqca manata təzyiq artır. 

Son bir ayda olan vəziyyət manatın əleyhinə işləyir. Mart ayından başlayaraq iyula kimi neftin qiyməti 60-70 dollar arasında dəyişirdi. Bu, manat üçün hardasa sabitlik təmin edirdi”.



S.Əliyev hesab edir ki, manat üçün narahatlıq doğuran ikinci amil kapital axınıdır. 

Rusiya, Türkiyə, Yunanıstan kimi ölkələrdə daşınmaz əmlakın ucuzlaşması səbəbindən insanlar pullarını bu ölkələrə yönəldirlər və orada daşınmaz əmlak alırlar. Bu vasitə ilə kapital ölkədən çıxır, bir də biznesmenlər yoxlamaların fonunda öz kapitalını ölkədən çıxarırlar. Odur ki, ölkənin valyuta ehtiyatında azalma hiss olunur. Bu baxımdan neftin qiymətinin ucuzlaşması və kapital axını milli valyuta üçün əsas təhlükədir”. 

Ekspertin fikrincə, dövlət ilin sonuna kimi ikinci devalvasiyanın olmaması üçün çalışır: “Kapital axını və neftin qiyməti ucuzlaşmaqda davam edərsə, devalvasiyaya gedilə bilər. Vəziyyət çətinləşərsə, yumşaq devalvasiya baş tutacaq. Vəziyyət lap pisləşərsə, kəskin devalvasiya gedə bilər. Hansı ki, biz fevral ayında bunun şahidi olduq. Əgər kəskin devalvasiya olarsa, bu, 15-20 faiz gözlənilir. Kapital axını və neftin qiyməti manatın əleyhinə işləməzsə, manat ilin sonuna kimi indiki səviyyədə qalacaq. Əgər sadalanan amillərdən biri güclənərsə, bu halda hökumət devalvasiyaya getmək məcburiyyətində qalacaq”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Ən çox oxunanalar