Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Novostroyka“larla bağlı İşçi qrupu yaradılacaq

Çoxmənzilli binalarda idarəetmənin təşkiliylə bağlı İqtisadiyyat Nazirliyində İşçi qrupu yaradılacaq


Bu barədə belediyye.info-ya Nəsimi bələdiyyəsindən bildirilib. Məlumata görə, “Mənzil fondunun idarə olunmasının təşkilində bələdiyyələrin və ictimai birliklərin rolu” mövzusunda keçirilən dəyirmi masada bələdiyyə sədri Nazim Qaraxanovun bu istiqamətdə irəli sürdüyü təklif nazirlik rəsmiləri tərəfindən müsbət qarşılanıb.

Təklifin əsas məqsədi çoxmənzilli binalarda idarəetmənin təşkilində bələdiyyələrin vəzifələrinin dəqiqləşdirilməsi, habelə mövcud vəziyyətin təhlili və problemlərin həlli yollarının müəyyən edilməsidir.

Yaradılması nəzərdə tutulan İşçi qrupuna mütəxəssislər, bələdiyyə sədrləri və mənzil mükiyyətçilərinin müştərək cəmiyyətlərinin sədrləri daxil ediləcək.

Qeyd edək ki, bu istiqamətdə nazirlik beynəlxalq təşkilatların iştirakı ilə xüsusi layihə icra edir. Nazirlik əməkdaşları tərəfindən layihə çərçivəsində Sumqayıt, Mingəçevir, Nəsimi, Bakıxanov bələdiyyəsində görüşlər keçirilib, çap məhsulları paylanıb.

Layihənin sonunda xarici təcrübənin öyrənilməsi məqsədi ilə səfərlərin təşkili də nəzərdə tutulub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən çox oxunanalar