Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Novruz Məmmədov Vyana görüşündən danışdı

“Sarkisyan həddindən artıq çaşqın idi. Hazırkı situasiyada nə etmək lazım olduğunu konkret bilmirdi. Onun mövqeyi əvvəlcədən formalaşmış bir mövqe deyildi. Belə olan halda çaşğınlıq onun sifətində daha çox hiss olunurdu”


Bu sözləri ANS TV-nin “Hesabat” verilişində AzərbaycanErmənistanprezidentlərinin Vyana görüşünü şərh edən prezident administrasiyası rəhbərinin müavini Novruz Məmmədov deyib.

Administrasiya nümayəndəsi, aprel ayının əvvəlində baş verən hadisələrin Ermənistan tərəfinin düşünülmüş yaxud da düşünülməmiş addımı olmasına baxmayaraq dünya ictimaətinin bu məsələyə diqqətini cəlb etdiyini diqqətə çatdırıb.

Həmçinin Novruz Məmmədov belə bir formatda görüşün ilk dəfə keçirildiyini qeyd edib:

Avropada, ABŞ-da, hətta Rusiyanın özündə belə bir fikir formalaşdı ki, bu münaqişəyə daha diqqətli olmaq lazımdır. Bunun həllini ortaya qoymağın vaxtı gəlib çatıb. Əsas fikir isə ondan ibarət oldu ki, dünyada yeni bir qaynar nöqtə yaratmaq lazım deyil. Ermənistan tərəfi belə bir situasiyada düşünürdü ki, özünü o formda ortaya qoysun ki, onun mövqeyi tərəflər üçün, nümayəndə heyətlərinin rəhbərləri üçün qəbul edilən, inandırıcı olsun”,- deyə adminstrasiya nümayəndəsi Vyana görüşünü şərh edərkən deyib.

Daha sonra Norvruz Məmmədov danışıqlardan sonra Ermənistan prezidentinin verdiyi açıqlamalardan və bütün bu açıqlamalara cavab olaraq Azərbaycanın təvazökarcasına susqun mövqe tutmasına da toxunub.

O, Ermənistan tərəfinin bu cür çıxışları adətən özlərinə haqq qazandırmaq, əsasən də daxili ictimiayyətə öz mövqelərini yürütmək və özlərinə bəraət qazandırmaq üçün etdiyini qeyd edib:

“Soçi, Paris, Kazan görüşündən sonra olduğu kimi onlar bu dəfə də açıqlama vermək üçün bir daxili təlabat hiss etdilər. Biz bu cür bəyanatlarla münaqişənin həllinə gəlib çatmağı mümkünsüz hiss edirik. Bu bəyanatlar başqa məqsədlərə xidmət edir”.

Azərbaycan tərəfinin bu proseslərdə ədalətli mövqe ortaya qoyulmasını tələb etdiyi söyləyən Novruz Məmmədov real proseslərə qiymət verilməsinin əsas tələblərdən biri olduğunu vurğulayıb:

Azərbaycan torpaqları 25 ilə yaxındır ki, işğal altında qalıb. Bununla bağlı mövqeyini ATƏT bildirmirsə bu başqa məsələ, heç olmasa bu baş verən proseslərə münasibət bildirməlidir”,- deyə Novruz Məmmədov beynəlxalq ictimaiyyətin susqun mövqe tutmasını tənqid edib.

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar