Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nurçuların həbs müddəti yenə uzadıldı


Bakıda nurçulara qarşı keçirilən əməliyyat zamanı tutulan Eldəniz Hacıyev, İsmayıl Məmmədov və Rəvan Fərzəliyev barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti növbəti dəfə uzadılıb


Vəkil Əsabəli Mustafayev “Media forum” saytına deyib ki, qərarı Səbayel Rayon Məhkəməsi verib, Eldəniz Hacıyev, İsmayıl Məmmədov və Rəvan Fərzəliyevin həbs müddəti iki ay artırılıb: “Onlar Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında saxlanırlar, istintaqı bu nazirlik aparır. MTN həbs-qətimkan tədbirinin uzadılması üçün vəsatət qaldırmışdı. Baş Prokurorluq da həmin vəsatətə uyğun olaraq həbsin uzadılması üçün məhkəməyə təqdimat vermişdi. Səbayel məhkəməsi təqdimatı təmin etdi. Bundan əvvəl də onların həbs müddəti bir dəfə iki aylığa uzadılmışdı”.

Vəkil bildirib ki, həbs-qətimkan tədbirinin müddətinin uzadılması qərarından apelyasiya şikayəti versələr də, Bakı Apelyasiya Məhkəməsi şikayəti təmin etməyib, Səbayel məhkəməsinin qərarı qüvvədə qalıb.

Xatırladaq ki, aprelin 12-də paytaxtın Xıdır Mustafayev küçəsində yaşayan Eldəniz Hacıyevin evində nurçuluq dini təriqətinin sunqurçular cərəyanı adı altında 41 nəfərin (onlardan 2-si azyaşlı) iştirakı ilə yığıncaq keçirildiyi müəyyən edilib. Rəsmi məlumata görə, Yasamal Rayon Polis İdarəsinin keçirdiyi əməliyyat nəticəsində evə baxış zamanı təbliği və yayılması qanunla qadağan olunmuş dini ədəbiyyat, kompüter avadanlıqları, mobil telefonlar, 2200 ABŞ dolları, 286 manat və orada olan şəxslərə məxsus pasportlar aşkar edilərək götürülüb. Hadisə ilə bağlı Eldəniz Hacıyev, İsmayıl Məmmədov, sonradan Rəvan Fərzəliyev saxlanıb. Hər üç şəxs Cinayət Məcəlləsinin 168.2-ci (dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) maddəsi ilə təqsirli bilinir.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar