Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nurəddin Xocaya Qarabağ qazilərindən sərt cavab...


Nurəddin Xoca: “Mübariz İbrahimovu da qəhrəman saymıram”


Etimad Əsədov: “Mübariz İbrahimovu Milli Qəhrəman saymırsansa, bəs kimi Milli Qəhrəman sayırsan?”

Rey Kərimoğlu: “Onun haqlı və haqsız olduğu məqamlar var”

Qarabağ döyüşçüsü, “Boz qurd batalyonunun komandiri” Nurəddin Xocanın mətbuata verdiyi açıqlamada Milli Qəhrəmanlar haqqında səsləndirdiyi fikirlərin ətrafında başlayan narazılıqlar artmaqdadır. Doğrudur, onun fikirlərini müdafiə edənlər də var. Amma onu “milli satqın”, “vətən xaini” adlandıranlar da mövcuddur.

Qarabağ döyüşçüsü Nurəddin Xocanın mübahisə doğuran əsas fikirləri bunlardır: “Baş kəsmək qəhrəmanlıq deyil. Ümumiyyətlə, son vaxtlar qəhrəmanlıq yaman dəbdədir. Mən Ramil Səfərovu qəhrəman saymıram. Əslində, heç Mübariz İbrahimovu da qəhrəman saymıram. Çünki, o, nizamnaməni pozmuş, hərbi hissəni təhlükə altına qoymuşdu”.

Onun bu fikirlərinə Qarabağ veteranlarının münasibətini öyrəndik.

“Qarabağ qaziləri” İctimai Birliyinin sədri Etimad Əsədov belə fikirlər səsləndirən insanları xəyanətkar adlandırdı: “Zaman-zaman Azərbaycanımız, dövlətimiz ilə bağlı bəzi insanların elə fikirləri olur ki, insan deməyə söz tapa bilmir. Mübariz İbrahimovu Milli Qəhrəman saymırsansa, bəs kimi Milli Qəhrəman sayırsan? 20 faiz torpağı işğal olunmuş, Xocalı soyqırımı kimi bir faciəni yaşamış, körpələri vəhşicəsinə öldürülmüş, qadınları təhqiramiz işgəncələrə məruz qalmış bir millətin əsgəri belə bir addım atırsa, o, xalqın, namusun, vicdanın qəhrəmanıdır.

Bundan böyük qəhrəmanlıq yoxdur. Gör nə qədər vicdansız olasan ki, vətən qarşısında xidmətləri olan bir insana verilən adı da çox görəsən. Ermənilər böyük xalq deyil. Onlar yaltaq, alçaq, qadınlarını Avropada, Amerikada, Rusiyada imkanlı kişilərə verən xalqdır. Onlar namussuzluqlarının hesabına bizə qalib gəlmiş xalqdır. Azərbaycan xalqından torpaq ala bilməzlər. Bu cür fikirlər vətəni sevməyən, dövlətin inkişafını istəməyən insanlar tərəfindən səsləndirilir. Bu, bir növ “düşmən dəyirmanına su tökmək” məsəlinə oxşayır. Çox təəssüflər olsun ki, belə insanlar ölkəmizdə hələ də var”.

Qarabağ veteranı Rey Kərimoğlu Nurəddin Xocanın səsləndirdiyi fikirlərdə haqlı və haqsız tərəflərin olduğunu qeyd etdi: “Bu məsələyə şərh vermək istəmirəm. Çünki onun haqlı və haqsız olduğu məqamlar var. Bu məsələlərlə bağlı mənim mövqeyim bəllidir. Nurəddin Xocanı tanıyıram. Xətrini istədiyim insanlardan biridir.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Ən çox oxunanalar