Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

O simanı heç vaxt unutmayacam...

Elşən Musayev yazır


O simanı heç vaxt unutmayacam. Əhmədlidəki qonşumuz, uşaqlıq dostum Zəfərin (ad şərtidir) simasını. “7 şüşə” oyunumuzu qəfil pozaraq qışqırdı: *Yedim. Hər kəsdən xəbərsiz yedim. Qazanın qapağını açıb hamısını yedim” – Bu kəlmələri birnəfəsə dedi və ağzını xoşbəxtcəsinə marçıldatdı. Hələ qeyri - adi şövqlə əllərini bir – birinə səsli şəkildə vurmağı da unutmadı…

Zəfərgil çox kasıb idilər. Hətta o qədər kasıb ki, qonşular hörmətsizlikdən deyil, sadəcə psixoloji sarsıntı keçirməsin deyə bu ailəni toya, ad gününə, xeyir məclislərinə çağırmazdılar. Anası süpürgəçi, atası isə hardasa yükdaşımada fəhlə işləyirdi. Qəpiyi qəpiyə calayıb yaşayırdılar. Ehtiyac onları sözün gerçək mənasında boğurdu…

7 yaşlı dostumu həyəcanlandıran və bizimlə tələsik bölüşməyə çalışdığı hadisənin isə maraqlı təfərrüatı vardı: Bu evdə aylardır ət qaynamırmış. Nəhayətində bir tikə tapıblar və…ana ailəyə surpriz etmək üçün makaronun üzərinə qiymə vurub. Hətta bunu gecədən gizlin edib ki, səhər hər kəsə surpriz olsun. Zəfərsə…uşaq intuisiyası və hiyləgərliyi ilə məsələni çözüb. Hamını yuxuya verəndən sonra qazanın qapağını açıb, bütün qiymələri yeyib və səhər erkəndən də bizləri bu qəhrəmanlığından agah etmək üçün tezcə həyətə qaçıb…

***

35 yaşım var. Şüuraltı və şüurüstü xatirələrimə, beynimə, yaddaşıma yoxsulluğun, səfalətin bir çox halını pərçimləmişəm. Kinolardan, kitablardan, rəsmlərdən topladığım arxiv etibarilə. Üstəlik, bütün həssasiyətimlə..

Fəqət, Zəfərin simasındakı qeyri – adi natural təbəssümə, bir yoxsulun bu qədər mükəmməl çizilən xoşbəxtlik tabosuna, heç nədən, daha doğrusu bizlərə heç nə kimi görünən adi səbəbdən dünyanın ən bəxtəvər insanı ola bilmə mümkünatına həyatım boyu bu qədər müfəssəl şəkildə rastlamamışam…

***

Nə qəribədr həyat.

Brilliantlar, ziynətlər, milyardlar içində itib – batanlar qan qusar, bədbəxtlik saçar. Amma on addım kənarda 100 qramlıq qiymə dünyanın bütün sevincini bir baxışa, bir avaza sığdırar…

Yüz minlik maşınlarda gəzib, milyonluq villalarda yaşayanlar 24 saat boyunca balalarını quş südü ilə bəsləsələr belə yenə onların gərgin, kefsiz, depressiv vəziyyətini dəyişə, əngəlləyə bilməzlər. Amma həyatda ən böyük arzusu - aldığı ayaqqabı 3 aya deyil, 5 aya yırtılsın deyə bir amacla yaşayanlar, həftəlik yol pulundan qənimət edib ayda bir dəfə dönər almaq imkanı olanlar, islanmadığı, üşümədiyi, xəstələnmədiyi hər gün üçün əl açıb Tanrıya dua edənlər dünyanın rəngini tam anlamı ilə bir andaca dəyişərlər.

Yaşayanlar yaşamaq istəyənlərə, ünvan başında olanlar ünvan “peşində” olanlara uduzarlar. Hər zaman!

***

Xoşbəxtlik tərz deyil, andır.
Zorlamayın xoşbəxtliyi. Sadəcə səsləyin.
Öldür, dəm – dəstgah üstdə gəlməz o.

Makaron üstdə, qiymə şəklində gələr, amma dəm – dəstgah üstdə, əsla…

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

Paşinyan: "Bakı və İrəvan sərhədlərin delimitasiyası üzrə əməli prosesə başlayıblar"

Ən çox oxunanalar