Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Obama 3 amerikalı girova görə İrana 400 milyon dollar ödəyibmi...


Neçə vaxtdır ki, ABŞ administrasiyasının 3 amerikalı girova görə İrana gizlicə 400 milyon dollar ödəniş etdiyinə dair məsələ gündəmdədir və bu mövzuda mübahisələr gedir


Fakt üzə çıxandan sonra əvvəlcə ABŞ administrasiyası ödənişi təkzib edib, daha sonra etiraf edib ki, İrana 400 milyon dollar ödənilib. Ancaq bu, girovlara görə deyil, Amerikanın şah dövründən İrana olan borcuna və nüvə anlaşmasına görə idi. İndi “The New York Times” qəzeti özünün redaksiya məqaləsində bu məsələyə nöqtə qoyur.

“Birincisi, onu bilmək lazımdır ki, Obama administrasiyası üç amerikalı məhbusun buraxılmasından ötrü 400 milyon dolları girovpulu kimi ödəməyib. Bu əhvalatı tənqidçilər İran nüvə sazişini gözdən salmaqdan ötrü uydurublar. Elə bir sazişi ki, İranı nüvə silahı hazırlamağa doğru aparan proqramı dayandırmış oldu”-qəzet yazır.

Qəzetin yazdığına görə, administrasiya həmin ödənişi ona görə yubadıb ki, birdən İran üç məhbusu buraxmağa dair vədini yerinəyetirməz. Onlar “The Washington Post” qəzetinin jurnalisti, bir veteran dəniz piyadaçısı və xristian keşiş idi. “Bu, kapitulyasiya deyil, praqmatik diplomatiya idi”, - məqalədə vurğulanır.

Hər şey belə başlayıb. “The Wall Street Journal” yazıb ki, Birləşmiş Ştatlar İrana 400 milyon dollar nağd pulu məhbuslar buraxılandan sonra verib. “Amma əslində hadisə bu cür olub: Prezident Obama yanvarda 400 milyon dollarlıq ödəniş və amerikalıların buraxılmasıbarədə eyni vaxtda açıqlama verib. Həmin gün nüvə sazişinin də icrası başlanmışdı. Bu məbləğ başqa bir danışığın bir hissəsiydi, ABŞ-ın 1979-cu il İslam İnqilabından bəri İrana borcu vardı. O zaman Vaşinqton İranın ABŞ-dakı pullarını dondurdu. Tehranın ödənişini etdiyi,şah devriləndən sonra ABŞ-ın ona vermədiyi hərbi avadanlığın pulu da oraya daxil idi. 1981-ci ildə tərəflər məsələnin Haaqa məhkəməsində baxılmasına razılaşıb”.

Qəzetin yazdığına görə, nüvə sazişi üzrə danışıqlar başlayanda, bu məsələ də gündəmə gəlib. Administrasiya Haaqa məhkəməsində uduzacağını anlayıb. Axı 400 milyon dollardan əlavə, İran milyardlar dollar faiz də istəyirdi.

Həm də ABŞ İrana hüquqi müstəvidə uduzacaq yeganə ölkə deyildi. Bu ayın əvvəlində İsveçrə Ali Məhkəməsi qərar çıxarıb ki, İsrail İrana 1.1 milyard dollar üstəgəl faiz ödəməlidir. Tərəflərin mübahisəsi 1960-cı illərdə çəkilmiş neft kəməri üstündəydi. ABŞ isə İrana 400 milyon dollar üstəgəl 1.7 milyard dollarlıq faiz ödəməyə razılaşıb və bu da İranın tələb etdiyindən qat-qat azdır. “Bu, İranın puluydu, ya danışıqlar, ya da arbitraj yoluyla İran onu geri alacaqdı”, - qəzet yazır.

“Administrasiyanın səhvi ondadır ki, məhbusların necə buraxılması barədə daha artıq şəffaf ola bilərdi. Administrasiya pulu versəydi, məhbuslar isə evlərinə dönməsəydilər, tənqidçilər onda nə deyəcəkdilər? İranı suçlamağa çox səbəb var, Suriya prezidenti Bəşər Əsədinqəddar vətəndaş müharibəsinə dəstəyindən tutmuş, «Hizbullah» qruplaşmasına yardımına, İsrailə nifrətinə, insan haqlarıpozuntularına qədər. Amma tarix xeyli sayda başqa nümunələrlə doludur – Amerika prezidentləri ölkənin milli maraqları naminə etibar etmədikləri hökumətlərlə işləyiblər. Bu da onlardan biridir”, - “The New York Times” yazır. (“Azadlıq” radiosunun xülasəsi)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Ən çox oxunanalar