Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Obama Narendra Modi ilə görüşdü



Hindistan Amerikadan 100 milyard dollarlıq sərmayə gözləyir


“Reuters” bildirir ki, bazar günü Barak Obama ABŞ prezidenti qismində ikinci dəfə Hindistana səfər edib. O, bildirib ki, 21-ci əsrin ən etibarlı əlaqəsini yaratmaq üçün Hindistana gəlib. 

Agentlik ABŞ-Hindistan danışıqlarında gündəmə gələ biləcək məqamları belə sıralayır.

Starteji əhəmiyyət 

Hindistanın nəhəng ölçüləri, coğrafi mövqeyi, sürətlə inkişaf edən iqtisadiyyatı və demokratiyaya bağlılığı qonşu Çinlə balans yarada bilər. Ona görə də Hindistanın hərbi və ticarət baxımından ABŞ üçün önəmi getdikcə artır. Hindistanın baş naziri Narendra Modiyə özünü təsdiq etmək üçün Vaşinqtondan çox şey lazımdır. Hindistan Pakistanla göz-gözə dayanıb. Hindistan ABŞ hərbi kontingentinin Əfqanıstandan çıxarılmasından narahatdır. Hindistan ABŞ-la anti-terror müstəvisində daha sıx əməkdaşlıq arzusundadır. Yüksək texnologiyaya uyğun olaraq istehsal olunmuş mülki və hərbi malların Hindistana gətirilməsi də xüsusi önəm daşıyır. 

ABŞ onu da yaxşı bilir ki, Rusiya Hindistana ən çox silah satan ölkədir. Hindistan dünyada ən böyük silah idxalçısıdır. Bunu nəzərə alaraq, Obamanın bu səfərində “Raven” pilotsuz uçaqlarının  və “Lockheed C-130"yükdaşıma təyyarə sistemlərinin birgə istehsalı nəzərdən keçirilə bilər. 

Mülki nüvə 

ABŞ və Hindistan nüvə  enerjisi ilə bağlı milyard dollarlarla ölçülə biləcək anlaşmalar əldə edə bilərlər. Ancaq bəlli deyil ki, belə bir anlaşma Obamanın hazırkı səfəri zamanı əldə ediləcək, yoxsa sonraya qalacaq. Tərəflər arasında mülki nüvə anlaşması hələ 2008-ci ildə imzalanmışdı. 

İqlim dəyişikliyi 

ABŞ və Hindistanın bu ilin sonlarında Parisdə iqlim dəyişikliyi ilə bağlı keçiriləcək tədbirdə eyni mövqedən çıxış edəcəkləri gözlənilir. Hindistan dünyanı karbonla təminat edən üçüncü böyük ölkədir. Onlar ABŞ və Çindən sonra gəlirlər. Ona görə də Hindistanın daha çox Amerika sərmayesinə və texnologiyasına ehtiyacı var. Hindistan arzu edir ki, ABŞ enerji ilə bağlı sahələrə 100 milyard dollarlıq sərmayə qoysun. 

İqtisadi əlaqələr 

Modi və Obama ötən il illik ticarəti 500 milyard dollara çatdırmağı nəzərdə tutmuşdu. Ancaq Amerikalı iş adamlarının Hindistan bazarına daxil olmasına müxtəlif maneələr var. İntellektual mülkiyyətin qorunması ilə bağlı da bəzi məqamlara aydınlıq gətirmək lazımdır. Bütün bunlara baxmayaraq ABŞ-Hindistan ikitərəfli iqtisadi əlaqələri yüksələn xətt üzrə inkişafdadır. Bu səfər də bu əlaqələrə yeni dinamika verəcək.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Ən çox oxunanalar