Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Obama və Roma Papası Şimon Peresin dəfninə gedir


ABŞ prezidenti Barak Obama, Roma Papası Frantsisk yəhudi dövlətinin 9-cu prezidenti Şimon Peresin dəfn mərasimində iştirak etmək üçün İsrailə gedəcək


"Haaretz" qəzeti xəbər verir ki, ölkənin Xarici İşlər Nazirliyi Misir, İordaniya və başqa ərəb dövlətlərinin təmsilçilərinin də mərasimə qatılacağını gözləyir.

Məlumata görə, dəfndə ABŞ dövlət katibi Con Kerri, bu ölkənin keçmiş prezidenti Bill Klinton və xanımı Hillari Klinton, Fransanın baş naziri Fransua Olland, Kanadanın baş naziri Castin Tryudo, Britaniya taxt-tacının varisi, Uels şahzadəsi Çarlzın da iştirakı gözlənilir.

Qeyd edək ki, İsrailin sabiq rəhbərinin ölüm xəbərini sentyabrın 28-də gecə saatlarında oğlu Nehemiya Peres Təl-Əviv yaxınlığındakı "Telxa-Şomer" klinikasında keçirdiyi mətbuat konfransında açıqlayıb.

Ş.Peres sentyabrın 30-da dəfn olunacaq. 93 yaşında dünyasını dəyişən sabiq prezidentlə dövlət səviyyəsində vida mərasimi sentyabrın 29-da keçiriləcək.("Report")

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar