Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Oğlunu itirən erməni ananın Bakı ümidi



Moskva və İrəvanın gizli anlaşmasının yaratdığı bir ailə dramı haqda...


İşğalçı Ermənistan ordusunun 1994-cü ildə Horadizdə itkin düşmüş əsgəri Armen Arakelyanın ailəsi ümidini Azərbaycana bağlayıb. anspress-in məlumatına görə, Ermənistanın Qafan şəhərinin sakini olan Armenin atası Serjik Arakelyan və anası Elmira Tumanyan oğullarının sağ qaldığına ümid edirlər və iyirmi ildir ki, onun yolunu gözləyirlər. 

Ata-anasının dediyindən belə anlaşılır ki, Armen Arakelyan işğalçı orduya könüllü qoşulmayıb. O, sovet və Ermənistan rəhbərliyinin gizli anlaşması nəticəsində işğalçı ordunun əsgərinə çevrilib. Armen Arakelyan 1990-cı ildə sovet ordusuna çağırılıb və bir il Mehri rayonundakı sovet qoşunlarında xidmət edib. 1991-ci ildə onu Martun Badalyanın rəhbərlik etdiyi “Şikaox” batalyonuna keçiriblər və Dağlıq Qarabağda yaşayan azərbaycanlılara divan tutmağa göndəriblər. Həmin vaxt sovet rəhbərliyi erməni çağırışçıları Ermənistanda və Dağlıq Qarabağda yerləşdirmişdi. Həmin əsgərlər sonradan Azərbaycan torpaqlarını işğal edən Ermənistan ordusunun əsasını təşkil etdi. 

1994-cü il yanvarın 7-də onlar işğal etdikləri Fizuli rayonunun Horadiz qəsəbəsində olublar. Əks hücum etmiş Azərbaycan ordusu tərəfindən işğalçı batalyonun blindajı dağıdılıb. Armen Arakelyanın anası bildirir ki, blindajda olan erməni əsgərlərinin heç birinin meyiti tapılmayıb. 
Ailə ümid edir ki, Armen sağdır və Azərbaycanda əsirlikdədir. Anası iddia edir ki, Armen 12 oktyabr 1995-ci ilə qədər Beyləqan şəhərində əsirlikdə olub. Elmira Tumanyana bunu həmin dövrdə əsir alveri ilə məşğul olan adamlar deyib. 

Yəni xəbər böyük ehtimalla yalandır, Armen Arakelyan Azərbaycanda olsa idi çoxdan öldüyü və ya sağ qaldığı bilinərdi. Təbii ki, Elmira Tumanyanın bir ana kimi oğlunun sağ qalmasına ümid etməyə haqqı var, çünki o, oğlunu illərlə duz-çörək kəsdikləri qonşularını qırmağa yox, ümumi sovet vətəninə xidmət etməyə göndərmişdi. Onun faciəsi həm Mixail Qorbaçovun zamanında mərkəzi hakimiyyətin xalqların taleyi ilə oynamasının, həm də Ermənistanın o vaxt Qarabağda separatçılıq hərəkatının önündə getmiş indiki rəhbərliyinin avantürasının nəticəsidir. 

Həmin illərdə Ermənistandan minlərlə gənc dinc azərbaycanlılara divan tutmaq üçün Qarabağa göndərilirdi. Amma Armen Arakelyanın çəkdiyi şəkillərdən görünür ki, o, işğalçı ordunun sıralarında özünü həbsxanadakı kimi hiss edib və anasını çağırıb. (musavat.com)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar