Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ohanyan qorxuya düşüb - Video


Kəlbəcərdəki vətəndaşlarımızdan səhih məlumat yoxdur


Kəlbəcərdə girov götürülən azərbaycanlılarla bağlı hələ də vəziyyət qeyri-müəyyəndir. Azərbaycanın rəsmi qurumları bəyan edirlər ki, vətəndaşlarımız öz ərazimizdə olublar, heç bir dövlətin sərhədini pozmayıblar. Ermənistan hökuməti isə artıq təşviş içərisindədir və bir gün azərbaycanlıların durub Kəlbəcərə gedəcəyi qorxusunu yaşayır. Belə olmasaydı, Seyran Ohanyan Kəlbəcərə aparan bütün yolların minalanacağını deməzdi.

ANS TV-nin məlumatına görə, geniş ictimaiyyət əsir götürülənlərin birinin gözünün çıxarıldığı, digərinin öldürüldüyü ilə bağlı xəbərlərin nə qədər həqiqəti əks etdirdiyini səhih və dəqiq məlumat yox, ancaq ayrı-ayrı informasiyaların hesabına müəyyənləşdirə bilir. Məsələn, bu gün Ermənistan hökümətinin iclasında müdafiə naziri Seyran Ohanyanın diversiya qrupunun hər üç üzvü həbs edilib - açıqlaması girovların sağ-salamat olması ehtimalını gücləndirir. Ohanyan onu da deyib ki, Kəlbəcərə gedən bütün mümkün yollar minalanacaq. Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla iş üzrə Dövlət Komissiyası da məlumatların daha çox sensasiya xarakteri almasından narahatlığını bildirib. Qurumun yaydığı bəyanatda deyilir ki, girov götürülmüş şəxslər Cenevrə Konvensiyasının himayəsi altındadır və onlarla davranış da həmin beynəlxalq sənədlər çərçivəsində olmalıdır. Dövlət Komissiyası məsələyə kriminal və siyasi don geyindirilməsini beynəlxalq hüquq normalarına zidd sayıb.

Bu arada Rusiya Xarici İşlər Nazirliyindən də məsələnin araşdırılacağı bildirilib. Məlumat üçün deyək ki, Kəlbəcərdə girov götürülən azərbaycanlılardan biri Dilqəm Əsgərov Rusiya vətəndaşıdır və o, uzun müddətdir ki, Tümendə yaşayır. Dilqəm bir neçə dəfə doğulduğu Kəlbəcər rayon Şaplar kəndinə keçib və valideynlərinin qəbrini ziyarət edib. Digər iki nəfər isə Kəlbəcər rayonundan Şahbaz Quliyev və Cəbrayıl rayonundan Həsən Həsənovdur. Sonuncunun öldürüldüyü deyilir.



Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi açıldı - Yenilənib

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar