Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Öldürücü xəstəlik yayan salonlar


28 iyul - Ümumdünya Hepatitlə Mübarizə Günü ilə bağlıÜmumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb


Məlumatda bildirilir ki, bu ilin aprel ayında Hepatit C-nin müalicəsinə dair yeni tövsiyələr qəbul olunub. 

Eyni zamanda Ümumdünya Səhiyyə Assambleyası 194 üzv dövlətlə birlikdə, virus Hepatitin qarşısının alınması, xəstəliyin diaqnozu və müalicəsinə dair qətnamə qəbul edib.
 
Bu ilin Ümumdünya Hepatit Gününün şüarı “Yenidən düşün” olacaq. Ümumdünya Səhiyyə Təşkilatı bütün dünyada siyasətçiləri, tibb işçilərini və ictimaiyyəti bu səssiz ölüm barədə yenidən düşünməyə çağırır. 

Səhiyyə Nazirliyindən Teleqraf.com-a verilən xəbərə görə, A, B, C, D, E Hepatiti kimi tanınan yoluxucu xəstəliklər qrupuna aid virus hepatitləri, dünyada milyonlara insana təsir edərək, hər il 1,4 milyon insanın ölümünə, kəskin və xroniki qaraciyər xəstəliklərinin inkişafına səbəb olur. Azərbaycanda hepatitdən ölənlərin sayı barədə dəqiq məlumat olmasa da, bu ölkə üçün təhlükəli xəstəlik sayılır və ildən ilə əhatəsi genişlənir.

Hepatitə yoluxanların sayı iki dəfə artacaq

Hepatit viruslarının ötürülmə yolları müxtəlifdir.Hepatit A və E - çirklənmiş qida və su vasitəsi ilə, Hepatit B - təhlükəli qan və daxili mühit mayeləri vasitəsi ilə, Hepatit C - əsasən, çirklənmiş qan vasitəsi ilə, Hepatit D – Hepatit B-in iştirakı ilə əlavə infeksiya kimi yoluxur. Dünyada bu xəstəliyə qarşı ciddi tədbirlər həyata keçirilsə də, hələ də cəmiyyətimizdə  Hepatitə qarşı biganəlik və xəstəlik barədə məlumatsızlıq hökm sürür. Çoxlarının xəbəri yoxdur ki, gündəlik baş çəkdiyimiz xidmət yerlərində xəstəliklərə tutulma riski ilə üz-üzə qalırıq. Hepatit virusları əleyhinə vaksin isə hələ ki tapılmadığından onların yayılmasının qarşısını almaq çətinləşir. ÜST-ün proqnozlarına görə, 2020-ci ildə Hepatit C virusuna yoluxanların sayı indikindən 2 dəfə çox olacaq.
Adıçəkilən viruslara ən çox yoluxma yerlərindən biri isə qadın gözəllik salonları, kişi bərbərxanaları, qadın məsləhətxanaları, stomatoloji kabinetlər hesab olunur. Yəqin ki, bu mərkəzlərdən yolu düşməyən yoxdur. Salonların sayı gündən-günə artsa da, onların çox az faizi yüksək xidmət səviyyəsinə malik olur, gigiyena qaydalarına riayət edir. Xüsusən də son illər bir çox mərkəzlərin qazanc məqsədi ilə öz profillərinə uyğun olmayan işləri – estetik cərrahiyə ilə bağlı bəzi prosedurlar, epilyasiya və digər xidmətləriöhdələrinə götürməklə insanların sağlamlığına ciddi zərbə vurmuş olurlar.

Salonlar potensial virus mənbəyidir

Mövzu ilə bağlı 7 və 8-ci mikrorayon ərazisində bir neçə gözəllik salonu və bərbərxanaya baş çəkdikdən sonra bir daha əmin olduq ki, bu mərkəzlərə yolu düşənlərin hepatitə yoluxmayacağına zəmanət vermək qeyri-mümkündür.

Cəfər Xəndan küçəsində yerləşən “Xatun-S” salonunda manikür ustası alətlərinin sterilizə olunduğunu deyərək, bizə sovet dövründə səhiyyədə iynə qaynatmaq üçün istifadə olunan vasitəni göstərərək bildirdi ki, müştərilər gələndə alətlər bu qabda qaynadılır. HİV virusunu qaynatmaqla məhv etməyin qeyri-mümkünlüyünü xatırladanda manikür ustası bu barədə məlumatı ilk dəfə eşitdiyini söylədi.

“Venus” gözəllik mərkəzində isə sterilizə aparatına ehtiyac olmadığını bildirərək, avadanlıqların spirtlə dezinfeksiya edildiyini dedilər. Qeyd edək ki, nə HİV, nə də hepatit virusları spirtlə məhv olmur.

Elə həmin ərazidəki “Nicat” kişi salonunda da vəziyyət fərqli deyildi. Amma usta Elçin kişi salonunda ülgüclərin birdəfəlik istifadə üçün nəzərdə tutulduğundan, virusun yayılmasının qeyri-mümkünlüyünü vurğuladı. Buradakı çirkli daraqlar, fenlər, saçqırxan aparatların gözümüzdən yayınmadığını görən usta hər müştəri üçün ağızlıqları dəyişdiklərini bildirdi.

Bir neçə salona baş çəkdikdən sonra Süleyman Sani Axundov küçəsindəki “El studio”da nəhayət ki, sterilizə avadanlığına rast gələ bildik. Salonun manikür ustası bildirdi ki, iş vaxtı əlcəkdən istifadə edir ki, bu həm də onunöz sağlamlığının qayğısına qalmasından irəli gəlir: “Bütün avadanlıqlar, həmçinin salonda istifadə olunan dəsmallar, qayçılar, daraqlar sterilizə edilir. Baxmayaraq ki, bir çox müştərilər buna qətiyyən əhəmiyyət vermirlər”

Spirt təhlükəli virusları öldürmür

Həkim-kosmetoloq Günel Məlikova deyir ki, spirtləmə, qaynatma təhlükəli viruslara təsir göstərmir. Tam dezinfeksiya üçün xüsusi aparatlardan istifadə olunmalıdır. Bu qurğuların orta qiyməti 120-350 manatdır. Avadanlıqlarda olan ultrabənövşəyi şüalar bakteriyaları, göbələkləri tamamilə məhv edir və bundan sonra istifadə tam təhlükəsiz olur: “Bu qurğulardan isə əksər gözəllik salonlarında olmadığı üçün infeksiya yolu ilə həyata keçirilən prosedurları icra eləmək düzgün deyil. Xüsusilə qanla əlaqəli prosedurlar təmiz şəraitdə aparılmalıdır. Salonlarda isə aləm bir-birinə dəyir, salonun hər yerində saç, dırnaq, tük tapmaq mümkündür. Nəinki qanla əlaqəli prosedurlar, hətta dəridə aparılan “təmizləmə” belə, gözəllik salonlarında edilməməlidir”.

Səhiyyənin İnkişafına Dəstək İctimai Birliyinin sədri Mətləb Verdiyevdə deyir ki, gözəllik salonlarında virus infeksiyalarının, xüsusilə hepatitlərin yayılması artıq sirr deyil: “Təəssüf ki, bunu sübuta yetirmək çətindir. Nəzərə almalıyıq ki, 3 aylıq kurs qurtaran “kosmetoloq”un qanla işlədikdə yanında hepatit əleyhinə məhlulların olması ilə bağlı anlayışı yoxdur. İnanmıram ki, hansısa gözəllik salonunda hepatit əleyhinə məhlul olsun. Buna görə də istənilən ambulator qaydada prosedur aparılan yerlərdə ilk növbədə müasir sterilizasiya qaydalarına əməl edilməlidir. Çünki adi qaynama vasitələri ilə virus infeksiyalarını məhv etmək mümkün deyil”. 

Mütəxəssisin fikrincə, bu cür əməliyatların həyata keçiriliməsində peşəkarlıq məsələsinə diqqət etmək lazımdır: “Bu işlə məşğul olanlar peşəkarlardan seçilməli və Səhiyyə Nazirliyindən müvafiq sertifikat almalıdırlar”. 

Salon çox, yoxlamaq çətin

Məsələ ilə bağlı Səhiyyə Nazirliyi ilə əlaqə saxladıq, qurumdan bu sahə ilə Gigiyena və Epidemiologiya Mərkəzinin məşğul olduğunu dedilər. Mərkəzin şöbə müdiri Ziyəddin Kazımov isə salonlardakı vəziyyəti öyrənmək üçün mütəmadi monitorinqlər keçirildiyini bildirdi. Əlavə etdi ki, gözəllik salonlarının sayı həddindən artıq çox olduğundan, onlarda aylıq monitorinqlərin aparılması çətindir. Amma bununla yanaşı, artıq gigiyena qanunlarını kobud şəkildə pozan bir neçə salon üzə çıxarılıb, onların fəaliyyəti dayandırılıb. Rəhbərlərinə qarşı sanksiyalar və cərimələr tətbiq olunub.

Aidiyyəti qurum da qanla işləyən salonların tez-tez yoxlanılmasının qeyri-mümkün olduğunu deyir. Yəni insanların salonlarda təhlükəli viruslara yoluxmayacağına heç kəs zəmanət vermir. Deməli bu məsələdə yalnız insanlarözləridiqqətliolmalıdırlar. Yəni hər kəs getdiyi salondan gigiyenik cəhətdən təmiz şəraitdə xidmət tələb etməklə özünü insan həyatı üçün təhlükəli olan hepatit və digər yoluxucu xəstəliklərdən sığoratalamış olar.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar