Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Öldürülən azərbaycanlı mer bu gün dəfn olunacaq


Vida mərasimi mədəniyyət sarayında saat 10:00-dan 12:00-dək davam edəcək


Naməlum şəxslər tərəfindən qətlə yetirilən Kremençuk şəhərinin əslən azərbaycanlı olan meri Oleq Babayev bu gün dəfn olunacaq.

Bu barədə xəbəri Kremençuk şəhər merinin səlahiyyətlərini müvəqqəti icra edən Viktor Kalaşnik çatdırıb.

“Mərhumla vida mərasimi mədəniyyət sarayında saat 10:00-dan 12:00-dək davam edəcək”, - deyə V. Kalaşnik bildirib.

Xatırladaq ki, Ukraynanın Poltava vilayətinin Kremençuk şəhərinin meri Oleq Babayev 26 iyulda səhər saat 10:00-da evinin qarşısında güllələnib. 3 güllə yarası alan mer yerindəcə keçinib.

O.Babayev 21 oktyabr 1965-ci ildə Kursk şəhərində doğulub. Onun atası əslən Gəncə şəhərindən olub.

1990-cı ilin dekabrdan Ukrayna vətəndaşı olub. O, Almaniyadan gətirilən avtomobillərin satışı, dəri emalı biznesi ilə məşğul olub.

O.Babayevin idman karyerası da olub. O cüdo üzrə idman ustası, 2003-cü ilin oktyabrından "Kremen", 2005-ci ilin aprelindən isə "Vorskla" futbol klublarının prezidenti idi.(ans)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Ən çox oxunanalar