Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ölən çavuşun ailəsindən gözlənilməz iddialar


“9 ayda valideyn kimi araşdırmamızla sübut etdik ki, ölən əsgərlərin qətli gecə saatlarına təsadüf edir...”


Ötən il dekabrın 11-də Naftalandakı N saylı hərbi hissədə müəmmalı şəkildə ölən çavuş Orxan Alıyevin ailəsi redaksiyamıza müraciət edib. Atası Şirazi Alıyevin sözlərinə görə, oğlunu qətlə yetirənlər cəzalandırılmayıb, istintaq qeyri-obyektiv aparılır.
 
Əsgər atası oğlunun hərbi xidmətini başa vurmasına 6 ay qalmış öldürülməsində kapitan Şahin Məmmədovu cavabdeh sayır. Ş.Alıyevin dediyinə görə, hadisə baş verən gün kapitan tabora daxil olub. Həmin gün O.Alıyev qardaşı ilə telefonda danışdığı üçün mübahisə edib, döyülüb və atası bu hadisədə zabitlərdən şübhələnir: “2014-cü ilin fevralınadək cinayət işinin açılması üçün istintaq qrupu hadisə yerinə gəlməyib. Sonra hərbi hissənin komandiri Nəsib Ramazanov tərəfindən özbaşınalıq edilib. Heç bir səlahiyyəti olmadığı halda, bu adam Tərtər Hərbi Prokurorluğunda araşdırılmalı olan işi ört-basdır etmək üçün oğlumun cəsədini Tərtər regional şöbəsinin ”morq"una apardıb. Burada tez vaxtda Orxanın yarılmasına qərar verilib, sonra bütövlükdə daxili orqanları satış məqsədi ilə götürülüb".

Əsgər atasının dediyinə görə, hadisənin ilkin olaraq valideynlərinə xəbər verilməsi qanunla təmin olunmayıb: “Yalnız 8 saatdan sonra bizə xəbər verilib. Hadisə yerində cəsədin mühafizəsi təşkil olunmayıb, Tərtər Hərbi Prokurorluğu hadisə yerində cəsədin fotoçəkilişi, videoçəkilişi və hal şahidlərinin dindirilməsini təmin etməyib. Maddi sübut kimi trosoloji müayinə üçün əsasverici olan alt köynəyi münaqişə zamanı cırıldığı üçün müstəntiq tərəfindən gizlədilib. Bu ilin mayınadək istintaq davam etsə də, qanun pozuntularına yol verildi. Nəhayət, mayın 5-də Tərtər hərbi prokuroru Fuad Məmmədov tərəfindən işə xitam verildi, oğlumun qanı batırıldı”. 

Ş.Alıyev işə xitam verilməsi ilə bağlı baş prokurora və Hərbi Məhkəməyə müraciət edib: “Baş prokuror Zakir Qaralovla görüşdə işdə bir sıra qanun pozuntularına yol verildiyini onun diqqətinə çatdırdım. O da öz növbəsində hərbi prokuror Xanlar Vəliyevə tapşırdı ki, əsgər ailəsinin ifadələri alınsın, hadisənin şahidləri dindirilsin və əsgərin atası kimi bütün bu prosesdə iştirakçı olum”.

Əsgər atası X.Vəliyevlə də görüşüb: “Tələbim oldu ki, Tərtər prokurorundan cinayət işinin icraatı alınsın. Hərbi prokuror bu istəyimizi yerinə yetirdi. Ancaq aradan bir ay keçməsinə baxmayaraq, yenə bildikləri kimi istintaq işini saxtakarlıqla aparırlar”.

Şikayətçi oğlunun qətlə yetirilməsinə dair əllərində sübut olduğunu deyir: “Bu işdə azı 10-15 nəfər ifadə verməlidir. Ancaq cəmi 2 nəfər - çavuş Mahir Məmmədov və onun telefonda mesajlaşdığı qızın ifadəsi alınıb. Mahir ”vatsap"da bir qızla yazışırmış. O, oğlumun olduğu yerdə yataq yerinin növbətçisi idi. 

Orxanın öldürülməsi haqda da qıza danışıb. Mesajı qıza martın 31-də yazıb. Açıq şəkildə yazıb ki, Orxanı telefon danışığı üstündə öldürüblər. Mahir Məmmədov bunları ifadəsində etiraf etdiyi üçün ona işgəncə verilib. 

Respublika Hərbi Prokurorluğunda Ağır Cinayətlərə Dair İstintaq İdarəsinin müstəntiqi Nihad Şıxalıyev sifariş yerinə yetirərək Mahir və qızı çağırıb, onları təsir altına salıb. Onların telefon nömrəsini dəyişdirib, tapşırıb ki, Orxanın ailəsi ilə görüşməyin. Bütün bu danışıqlar diskdə var və bu disk əlimizdədir". 

Ş.Alıyev bu diski redaksiyamıza təqdim edərək əlavə etdi ki, hadisə günü oğlu Orxan telefonla qardaşı Rövşənlə danışıb: “Deyim ki, kapitan Şahin Məmmədov tabora daxil olan günü hadisə baş verib. Yəni məsuliyyəti, cavabdehliyi onlar daşıyır. Biz şübhələnirik ki, onu zabitlər döyərək öldürüb. Hansı şəkildə öldürüldüyü bilinmir. Ancaq kürəyində, ayağında işgəncə izləri vardı. Daxili orqanları boş idi, buz doldurmuşdular. Ekspertiza isə ürək xəstəliyindən öldüyünü rəsmiləşdirib. Bu xəstəliyin də mənşəyi bilinmir. Müəmmalı şəkildə ölən əsgərlərin çoxuna bu rəy qoyulur”. 

Ş.Alıyev ölkə başçısından kömək istəyir: “Biz 9 ayda valideyn kimi araşdırmamızla sübut etdik ki, ölən əsgərlərin qətli gecə saatlarına təsadüf edir. İndiyədək də oğlumun qətli ilə bağlı istintaq gedir və heç bir nəticə yoxdur. Biz prezident İlham Əliyevdən xahiş edirik ki, 9 aylıq istintaqın qeyri-obyektiv aparılmasına görə aidiyyəti orqanlara göstəriş versin”. 

Qeyd edək ki, bu məsələ mətbuatda ictimailəşdirilib. “Yeni Müsavat” da bu hadisədən yazıb və Hərbi Prokurorluqdan bildirilmişdi ki, araşdırma aparılır. 


Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Ən çox oxunanalar