Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ölən sükut bəstəkarıydı - Vaqif Səmədoğlu


Səməd Vurğun dəbdəbəsinə paxıllıq edənlər Səməd Vurğunun sağlığında aldığı zərbələri hesaba qatmayanlardır


Belələri şairin fotosuna baxar, döşündəki “Sosialist Əməyi Qəhrəmanı” ordenini görərlər.
 
Ağappaq saçlarını görməməzliyə vurarlar, şairin “başında qopan tufanlar”ı duymazlar.
 
Xalq şairi adını görərlər, amma 50 yaşında bitən ömrü görməzlər.
 
“Zamanın bayraqdar”nı görərlər, “Şair nə tez qocaldın”ı bilməzlər.
 
Şairin Stalin qarşısında etdiyi çıxışlara qulaq asdılar, amma şairin partiya qarşısındakı tövbələrini eşitmədilər.
 
Əslində Səməd Vurğuna baxanda həm ordenləri görmək lazımdır, həm də ağarmış saçları.
 
Şairin keçirdiyi əzablar hesaba vurulmadıqca aldığı təltiflərə tənə vurmaq doğrudurmu?
 
Səməd Vurğun pis bir zəmanənin oğluydu.
 
Müşfiqin, Cavidin, “gözü çıxmış qardaş”ların aqibətini görmüşdü, “aslan”ın caynağını da görmüşdü, ənamını da.
 
Bir dövrün övladıydı Səməd Vurğun, o dövr anlaşılmadıqca Səməd Vurğun da anlaşılmayacaqdı.
 
O dövrün bütün günahları da xalq şairinin çiyinlərinə düşürdü.
 
Sonralar bu ağır yüklər iki oğlunun da çiyinlərini ağrıdacaqdı.
 
Zalım əcəl Vaqif Səmədoğluna atasına bir şeirini də oxumağa aman vermədi. Onun da çiyinlərində zaman Demokl qılıncı kimi asıldı.
 
Çiynindəki qılınclar Demosfenə danışmağı öyrənəcəkdi, Vaqif Səmədoğluna susmağı.
 
Fırtınalı dəniz qarşısında susmaq gərəkdir.
 
Səməd Vurğun öləndə 17 yaşındaydı.
 
Evin kiçiyi idi, bacı və qardaşları ondan böyük idi.
 
Səməd Vurğunun övladı olmağın naz-neməti də vardı: Üzeyir bəyin əlindən öpmüşdü, Nazim Hikməti görmüşdü.
 
Amma o ağrıları da yaşamışdı, 50 yaşlı atasının ölüm döşəyində saatlarla söhbətləşirdi onunla.
 
Tezliklə atası vəfat etdi və dünya ilə tək qaldı.
 
Şeirlər yazmağa başladı.
 
Kədərli, qəmli şeirlər.
 
Rəsmi ideologiyanın “öldürdüyü” Allaha üz tuturdu.
 
Qardaşı “Ulduz” jurnalının rəhbəri idi, Anar Qobustanın.
 
Amma şeir çap etdirmirdi.
 
Etmirdilər.
 
“Samizdat”larda gəzirdi şeiri, əllərdə gəzirdi, amma çap edilmirdi.
 
Dolanışığını mahnı mətnlərindən çıxarırdı.
 
Atası kimi şeirlə çıxartmırdı, çünki o, şeirdən gələn pulların zəhərini görmüşdü.
 
Amma yazırdı.
 
Durmadan yazırdı...
 
Çünki o, bir dağ çayı kimi aşıb-daşan şairin səssiz əzablarının şahidi idi.
 
Və bilirdi ki, səsin bir cəzası var.
 
Buna görə də inadla susurdu.
 
Bir gün yatmış xalq “azadlıq” nidasıyla meydanlara töküləndə o da səsini bu nidalara qatmaq, tribunadan şeirlər oxumaq istədi.
 
Bacarmadı.
 
O şeirləri yaza bilmədi.
 
Uca səslə oxunulan şeirləri yazmağı bacarmadı.
 
Müstəqillik illərində “samizdat”ları kitaba çevrildi.
 
Çünki onlar sandıq ədəbiyyatının bariz nümunəsiydi, sovet vaxtı cəmi iki kitabçası çıxmışdı.
 
1996-cı ildə İlahiyə yerini nişan verdi.
 
Amma İlahi onun yerini çoxdan bilirdi.
 
Çünki onun yeri şairlərin yeriydi, onların məkanıydı.
 
Bu gün onun sükutuna son qoyuldu.
 
Bir şair öldü.
 
Bar-bar bağıranların arasından bəlkə də səsi eşidilmirdi.
 
Çünki onun şeirləri qiraət üçün deyildi, pıçıltı üçün idi.
 
Bir dua kimi oxunurdu və o şeirləri bir-birinin qulağına oxuyacaq adamların da sayı çox az idi.

***
Bu dünyadan bir sükut da azaldı.
 
Amma sükut əbədidir.
 
Tək arzusu əvvəldən axıradək oxunmaq olan Vaqif Səmədoğlunun da sükutu əbədidir.(kulis.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Ən çox oxunanalar