Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Oliqarx uşaqları “Maserati”lərlə yürüşə hazırlaşır


İtaliyanın dəbdəbəli idman avtomobilləri markası “Maserati” bu şirkətin 100 illiyi ilə bağlı üç gün davam edəcək təntənəli tədbirlər təşkil edir


PİA.AZ Virtualaz.org saytına istinadən xəbər verir ki, təntənəli mərasimlər sentyabrın 18-də Modena şəhərində başlayacaq və sentyabrın 20-də Turində başa çatacaq.

Üç günlük mərasimlərə “Maserati” avtomobillərinin təntənəli yürüşü, sərgi, sürət yarışı, “Maserati”nin zavoduna ekskursiya və s. daxildir.

Tədbirlərə dünyanın müxtəlif ölkələrindən “Maserati” sahibləri dəvət olunub. Bura həm son model “Maserati”lərin sahibləri, həm klassik modellərin sahibləri, həm də “Maserati” kolleksiyaçıları daxildir.

Bütün dövrlərdə istehsal edilmiş, həm klassik, həm də müasir “Maserati”lərdən ibarət 200-dən çox avtomobilin iştirakı ilə keçiriləcək yürüş tədbirlərin ən yaddaqalan hissəsi olacaq. Bu yürüşı qatılacaq son model “Maserati”lərin sahibləri ABŞ, Çin, Koreya, Rusiya, Birləşmiş Ərəb Əmirlikləri və Azərbaycandan dəvət olunublar. Klassik “Maserati” sahibləri isə Avstraliyadan, Norveçdən, İsveçdən və bəzi digər Avropa ölkələrindən dəvət ediliblər.

Qeyd edək ki, “Maserati” şirkəti Azərbaycanda nümayəndəliyini təqribən iki il əvvəl açıb. Qiyməti bir neçə yüz min dollardan milyon dollara qədər dəyişə bilən bu avtomobillərin əsas müştəriləri təbii ki, zəngin iş adamlarının, məmur-oliqarxların uşaqları, şou-biznes əhli, idmançılar və digər bu kimi varlılardır.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Şoyqu həbs edilən müavinini vəzifəsindən uzaqlaşdırıb

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - Yenilənib

Ən çox oxunanalar