Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ölkə seçkilərə və sosial gərginliyə doğru...


Aydın Mirzəzadə: “Qiymətlərin müəyyən qədər qalxmasının hər hansı gərginliyə səbəb olmayacağını düşünürəm”


Natiq Cəfərli: “Bank və tikinti sektorunda böhranlı vəziyyətdir, ixtisarlar var, insanların yaşayış səviyyəsi aşağı düşür”

Neftin qiymətinin 50 faizdən çox ucuzlaşması dövlət büdcəsinin gəlirlərini azaldıb. Manatın devalvasiyasından sonra bir sıra böyük tikinti şirkətləri ixtisarlara başlayıb. Bir neçə gün əvvəl Azərbaycanda böyük layihələrin icrası ilə gündəmə gələn iş adamı Hacı İbrahim maddi vəziyyəti pisləşdiyi üçün şirkətlərində çalışan 4900 nəfəri ixtisara saldığını açıqladı. Özəl sektorla yanaşı, neft sektorunda da ixtisarlar var və bu ixtisarların davam edəcəyi gözlənilir. Son bir neçə gündür Azərbaycanda ərzaq məhsullarının qiymətinin qalxması da müşahidə olunur.  

Ekspertlərin fikrincə, parlament seçkiləri ərəfəsi ölkədə yaşanan vəziyyət sosial gərginliyi artıra bilər.

YAP-çı deputat Aydın Mirzəzadənin fikrincə, Azərbaycanda sosial gərginliyin artması mümkünsüzdür: “Ərzaq məhsullarının qiymətinin müəyyən qədər qalxması hər bir ailənin büdcəsinə təsir edə bilər. Amma Azərbaycanda əmək haqqı yüksəkdir. Əhalinin sosial müdafiəsi dövlət tərəfindən hərtərəfli təmin edilib. Qiymətlərin müəyyən qədər qalxmasının hər hansı bir gərginliyə səbəb olmayacağını düşünürəm”. 

Sosial partlayışın insanların yaşaya bilmədiyi, sabahlarını təmin etmək imkanlarının olmadığı zaman baş verdiyini deyən deputat bunları əlavə etdi: “Mən deməzdim ki, Azərbaycanda hamının sabahı təmin edilib. Amma bununla belə, Azərbaycanda orta yaşayış səviyyəsi bir çox ölkələrdən yüksəkdir. Qiymət artımı dövlət tərəfindən nəzarətdə saxlanılır. Əhalinin bu məsələdə ziyan çəkməməsi üçün müəyyən addımların atılacağını düşünürəm”.

İqtisadçı ekspert Natiq Cəfərli isə qiymət artımının gözlənilən olduğunu və bunun səbəblərini izah edir: “Devalvasiyadan sonra dövlət qiymət artımının qarşısını inzibati yollarla aldı. Bunun heç bir iqtisadi əsası yox idi. Dövlət söz vermişdi ki, Avropa Oyunlarından sonra vergidə və gömrükdə müəyyən yumşalmalar ola bilər. Biznesin fəaliyyəti üçün güzəştlər yaradılacaq. Amma bunların heç biri olmadı. Belə olan halda qiymətlərin qalxması labüddür. Azərbaycanda ərzaq məhsullarının 55 faizə yaxını xaricdən gətirilir. Bir yanlış fikir də ondan ibarətdir ki, insanlar ölkədə istehsal olunan malların Azərbaycan reallıqlarına uyğunlaşdırıldığını düşünürlər. Amma bu belə deyil. Bazarda olan çay, süd və meyvə şirələri Azərbaycan məhsulu adı altında satılır. Amma bu məhsullar xaricdən gətirilən xammal hesabına hazırlanır. Devalvasiya da xaricdən gətirilən xammalın qiymətinə təsir edir. Hazırda ölkə bazarında yerli məhsul adı altında satılan malların əksəriyyətinin maya dəyərində xaricdən gətirilən komponentlərin təsiri var”. 

Sosial gərginliyin artıb-artmayacağına gəlincə isə Natiq Cəfərli qeyd etdi ki, ötən ilin sonlarından bu məsələlərlə bağlı fikirlər bildirsələr də, hökumət bununla bağlı böhran masası qurmadı: “Ölkədə belə problemin yaşanacağı əvvəlcədən deyilsə də, hökumətin bununla bağlı heç bir planı yoxdur, hesablamalar aparılmayıb. Qiymətlərin qalxacağı, vəziyyətin bu həddə çatacağı gözlənilən idi. Lakin hökumət ümid edirdi ki, neftin qiyməti yenidən qalxacaq və bu problemlər öz həllini tapacaq. Amma görünən budur ki, neftin qiymətinin bundan sonra da aşağı düşmək ehtimalı var və bu problemlər dərinləşə bilər. Bank, tikinti sektorunda böhranlı vəziyyətdir, ixtisarlar var, insanların yaşayış səviyyəsi aşağı düşür, bu da sosial gərginliyin artmasına zəmin yaradır. Parlament seçkiləri də bu siyasi aktivliyin artması baxımdan çox vacib prosesdir. Amma Azərbaycanda seçki mühiti yox səviyyəsindədir. Azərbaycanda azad rəqabətin olmaması, müxalif fikirlərin televiziyaya, mətbuata çıxarılmaması da ciddi problemdir. Seçkilərə az vaxt qalsa da, ölkədə seçki mühiti hiss olunmur. Bütün bunlara baxmayaraq, seçkilərdə siyasi aktivliyin artırılması çox vacibdir və seçki ərəfəsində maraqlı proseslərin şahidi ola bilərik”.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar